Elektron ticarətdə ƏDV-nin tətbiqinə dair açıqlama
Azərbaycan Banklar Assosiasiyası elektron ticarətdə ƏDV-nin tətbiqinə dair açıqlama yayıb.
Açıqlamada deyilir:
"Rəqəmsal ödəniş ekosistemi inkişaf edərək əhatə dairəsi genişləndikcə müxtəlif ödəniş alətlərindən istifadə edilməsi, bank-müştəri münasibətlərində yarana biləcək ziddiyyətli hallar, aparılan ödəniş əməliyyatları üzrə vergilərin tutulması və digər sahələrdə mütəmadi əsasda cəmiyyətin məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir. Qlobal pandemiya dövründə elektron ticarət əməliyyatlarının dövriyyəsində müşahidə edilən sıçrayışlı artım bankları bu sahədə daha diqqətli və həssas olmağa sövq edir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə 2017-ci ildə edilmiş dəyişikliklər nəticəsində ödəniş kartları ilə aparılan bəzi əməliyyatlar üzrə vergi dərəcələri müəyyən edilmişdir. Belə ki, Vergilər Məcəlləsinin 169-cu maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.
Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.
Qeyd edilməlidir ki, ölkədaxilində POS-terminal şəbəkəsi və ya elektron ticarət üzərindən aparılan əməliyyatlarda, eləcə də internet şəbəkəsi üzərindən xarici internet saytlardan məhsul sifarişi edildikdə ƏDV tətbiq edilmir.
Vergilər Məcəlləsinin 101.5-ci maddəsinə əsaəsn idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən (Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.
Ödəniş kartları ilə aparılan əməliyyatlarda vergi dərəcələrinin tətbiq edildiyi digər sahə isə elektron pul kisələri ilə bağlıdır. Vergilər Məcəlləsinin 125.1-1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.
Yuxarıda qeyd edilən ödəniş əməliyyatları həyata keçirildiyi təqdirdə banklar tərəfindən hər bir ödəniş əməliyyat üzrə vergilər, o cümlədən ƏDV ödənişləri fərdi qaydada hesablanaraq kart istifadəçisinin hesabında olan vəsaitdən ödənilir. Lakin bir sıra hallarda bankın informasiya texnologiyaları infrastrukturunda aparılan təkmilləşmə işləri və digər səbəblərdən fərdi qaydada və ya kütləvi olaraq bir çox kart istifadəçilərinin apardığı ödəniş əməliyyatları üzrə vergi dərəcələrinin hesablanması zamanında mümkün olmaya bilər.
Son zamanlar bir sıra sosial şəbəkələrdə vətəndaşların narazılığına səbəb olan məsələ ilə əlaqədar bildirmək istəyirik ki, bu istisna hal məhz texniki səbəblərdən dolayı baş vermişdir və texniki xətaların olması qaçılmazdır. Hər zaman olduğu kimi, kart istifadəçisi olan müştərilər kart hesablarından vəsaitlərin silinməsi, o cümlədən vergilərin ödənilməsi ilə bağlı banklara birbaşa müraciət edərək əsaslandırılmış formada cavab ala bilərlər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
4 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
5 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
5 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
Ən çox oxunanlar
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır






.jpg)






.jpg)


