Netflix-dən maraqlı göstəricilər: abunəçi sayında kəskin azalma, gəlirlərdə artım
Yayım nəhənginin gəlirləri 7,2 milyard dollar təşkil edib.ABŞ-ın kontent platforması və production şirkəti, həmçinin ən iri internet əsaslı yayım provayderlərindən biri olan Netflix cari ilin birinci rübünün nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, şirkətin ödənişli abunəçilərinin sayı martın sonuna 208 milyona çatıb. Bu, ötən ilin son rübü ilə müqayisədə 4 milyon abunəçi artımı deməkdir. Lakin həmin göstərici 2020-ci ilin birinci rübü ilə müqayisədə kifayət qədər aşağıdır. Pandemiya səbəbindən tətbiq edilən məhdudiyyətlər nəticəsində internet əsaslı xidmətlərə tələbatın kəskin artması ilə əlaqədar ötən ilin martında bitən rüb üzrə qlobal abunəçi sayı 16 milyon artmış, ümumilikdə 2020-ci ildə 37 milyon yeni abunəçi qeydiyyatdan keçmişdi.
Netflix 2021-ci ilin birinci rübündə gəlirlərin ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% artaraq, 7,2 milyard dollara yüksəldiyini, xalis mənfəətin isə 700 milyon dollarla müqayisədə daha çox - 1,7 milyard dollar təşkil etdiyini bildirib. Qlobal yayımçı bu rəqəmləri kino və production sənayesində hələ də karantin məhdudiyyətləri səbəbindən yeni fəaliyyətlərin olmaması və nəticədə bu sahəyə xərclədiyi vəsaitin daha aşağı həddi ilə əsaslandırıb. “Biz düşünürük ki, abunəçi sayında ötən illə müqayisədə artım tempinin daha az olması COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlərin nisbətən yumşaldılması və kino və production sənayesində durğunluq səbəbindən tamaşaçılara təqdim etmək üçün kontentin daha az həcmi ilə bağlıdır” - investorlara açıqlamada qeyd olunub.
İnvestorlar üçün əsas narahatedici məqamlardan biri karantin tədbirlərinin yüngülləşdirilməsi ilə əlaqədar insanların yenidən kinoteatrlara üz tutması və bu şəraitdə Netflixin Disney, Apple və AT&T kimi digər iri yayım xidmətləri ilə rəqabət apara bilməsidir.Şirkət bu ilin ikinci yarısında bir sıra ənənəvi şou proqramların bərpa olunması səbəbindən yenidən satışlarda artım olacağını və narahatlığa əsas olmadığını bildirib. Netflix bu il abunəçiləri üçün yeni kontent təqdim etmək məqsədilə 17 milyard dollar xərcləmək niyyətindədir.
Əsas rəqiblərdən biri Disney Plus ötən ay açıqlamasında abunəçi sayının 100 milyona yüksəldiyini bildirmişdi. Ümumilikdə ötən il 60%-dən artıq dəyər qazanan Netflix səhmləri dünən 10 faizə qədər ucuzlaşıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 10 saat sonra
-
-
6 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
6 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
7 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
7 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 7 saat əvvəl
-
8 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb


























