14,7 milyard dollar - Mail.ru sahiblərindən birinin gecəlik qazancı
Çin nəhəngi Tencentin cəmi 2% səhmi bu rekord qiymətə satılıb.Dünyanın ən iri texnologiya şirkətlərindən biri, Rusiya internet fenomeni Mail.ru-nun 28 faizlik payçısı Prosus NV Çinin ən böyük internet nəhənglərindən olan Tencent şirkətindəki 31%-lik payının 2%-ni (192 milyon səhmi) dünən Honkonq birjasında satışa çıxarıb. Marja xəbər verir ki, Prosus səhmin birini 595 Honkonq dollarına (76,5 dollar) təklfi edib ki, bu da bir gün öncəki 629 Honkonq dolları qiyməti ilə müqayisədə 5,5%-lik diskonta bərabərdir. Günün sonunda Prosusun qazancı 14,7 milyard dollar təşkil edib.
“Bizim Tencentə və onun idarəçi komandasına güvənimiz sarsılmazdır, lakin əsas fəaliyyət istiqamətlərimizi və inkişaf edən sektorları da maliyyələşdirməliyik” - Prosus-un sədri Kroos Bekkerin açıqlamasında bildirilir. Tencentin rəhbəri Çinli Poni Ma isə Prosusu “uzun illərin sadiq tərəfdaşı” adlandırıb və səhm satışını anlayışla qarşıladıqlarını bildirib.
Prosus NV və ya qısaca Prosus Cənubi Afrikanın ən iri texnologiya şirkətlərindən olan və transmilli internet nəhəngi Naspers Limited-in Avropadakı əsas texnologiya bizneslərindən biridir. Naspers tərəfindən 2019-cu ildə Euronext Amsterdam birjasında IPO-ya çıxarılan Prosus 25%-lik dəyər qazanaraq, ümumi kapitallaşması 125 milyard funta (138 milyard dollara) çatmışdır. Hazırda Prosus Avropanın ən iri internet provayderidir.
Naspers 2001-ci ildə ilk dəfə olaraq dünyanın ən böyük videooyun istehsalçısı, həmçinin internet xidmətləri, fintech və digər qabaqcıl texnologiya şirkəti Çinin Tencent Korporasiyasının səhmlərini cəmi 32 milyon dollara almış və daha sonra öz törəməsi Prosus-a ötürmüşdür. 2018-ci ildə Tencentin səhmlərindən kiçik bir hissəni 9,8 milyard dollara satan Naspers, dünən Prosus vasitəsilə etdiyi satışdan sonra Tencentə qoyduğu ilkin 32 milyon dollarlıq investisiyanın müqabilində toplam 24,5 milyard dollarlıq rekord gəlir əldə edib. Prosus bu satışdan sonra belə, 29 faizlik payla yenə də Tencentin ən böyük səhmdarı olaraq qalır və hazırda bu səhmlərin ümumi bazar dəyəri 188 milyard avro (223 milyard dollar) təşkil edir.
Naspers Propus vasitəsilə bir sıra fintech, elektron ticarət, internet xidmətləri sektorlarında və uğurlu şirkətlərdə paylara malikdir, o cümlədən: Elektron ticarət - OLX (100%), Takealut.com (96%); Fintech - PayU (98,8%); Ərzaq çatdırılması - iFood (54,8%), Delivery Hero (22,3%), Swiggy (38,8%); Səyahət - Ctrip (6%); İnternet platformaları - Tencent (29%), Mail.ru Group (28%).
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 8 saat sonra
-
-
8 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
9 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
9 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
9 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb


























