“Günay Sığorta” 2020-ni mənfəətlə başa vurub - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
“Günay Sığorta” ASC 2020-ci ili 325 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət 2019-cu ili 719 min manat xalis mənfəət ilə bağlamışdı. Mənfəətin azalması sığorta ödənişlərinin və işlərin aparılması xərclərinin artmasından qaynaqlanır.
Marja Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ildə “Günay Sığorta”nın cəmi əməliyyat gəlirləri 6 milyon 861 min manat ikən 2020-ci ildə 9 milyon 254 min manata yüksəlib. Şirkətin əməliyyat xərcləri isə 5 milyon 958 min manatdan 8 milyon 730 min manata qalxıb.
2019-cu illə müqayisədə 2020-ci ildə “Günay Sığorta”nın topladığı sığorta haqları 1 milyon 813 min manat və ya 25,1% artaraq 9 milyon 35 min manat təşkil edib. Şirkətin sığorta ödənişləri isə 548 min manat və ya 28,9% artaraq 2 milyon 442 min manat olub.
Ötən il “Günay Sığorta”da işlərin aparılması xərcləri 1 milyon 535 min manat və ya 46,8% artaraq 4 milyon 813 min manata təşkil edib.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb







.jpg)









.jpg)



