"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
Bank 2026-cı ilin ilk rübünü 1 milyon 731 min manat xalis mənfəət ilə başa vurub.2026-cı ilin yanvar–mart aylarını əhatə edən ilk rüb üzrə "VTB (Azərbaycan)" ASC maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, bankın aktivləri, kredit portfeli və depozit bazası artıb.
"Marja"nın məlumatına görə, "VTB (Azərbaycan)" 2026-cı ilin ilk rübünü 1 milyon 731 min manat xalis mənfəət ilə başa vurub. 2025-ci ilin eyni dövründə bankın xalis mənfəəti 3 milyon 306 min manat təşkil etmişdi. Beləliklə, illik müqayisədə bankın xalis mənfəəti 1 milyon 575 min manat və ya 47,6 % azalıb.
Bank böyüyüb
2026-cı il 31 mart tarixinə "VTB (Azərbaycan)"ın cəmi aktivləri 323 milyon 966 min manat təşkil edib. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə 17 milyon 744 min manat və ya 5,8 % artıb.
2026-cı ilin ilk rübünün sonuna "VTB (Azərbaycan)"ın kredit portfeli 254 milyon 69 min manat təşkil edib. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə 10 milyon 431 min manat və ya 4,3 % artıb. Bankın biznes kreditləri portfeli 4 milyon 926 min manat və ya 7,3% artaraq 72 milyon 462 min manata çatıb.
Depozit portfeli artıb
2026-cı il 31 mart tarixinə "VTB (Azərbaycan)"ın depozit portfeli 108 milyon 635 min manat təşkil edib. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə 6 milyon 821 min manat və ya 6,7 % artıb.
Məcmu kapitalı 100 milyon manatdan çoxdur
31 Mart 2026-cı il tarixində "VTB (Azərbaycan)" 102 milyon 300 min manat məcmu kapitala malik olub. Bank 2025-ci ilin sonunda 100 milyon 375 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)





.jpg)










