"Qarabağla bağlı üçtərəfli bəyanatdan imtina mümkün deyil"
"Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq hazırkı anda Qarabağla bağlı üçtərəfli bəyanatdan imtina etmək mümkün deyil".
“armeniasputnik.am” saytının verdiyi məlumata görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Aştarak vilayətinin Ucan kəndində sakinlərlə görüşdə bildirib.
N. Paşinyan deyib ki, bu gün onu Qarabağla bağlı üçtərəfli bəyanatı imzalamağa görə satqınlıqda günahlandırmağa davam edirlər: “Ancaq sual vermək lazımdır ki, digər hakimiyyətlər bu razılaşmadan imtina edərdilərmi? Mən buna mənfi cavab verirəm, çünki bu, faciəyə gətirib çıxarar. Bizi 2018-ci ildə hakimiyyətə gəldikdən sonra 25 il ərzində Silahlı Qüvvələrdə mövcud olmuş bir sıra problemləri həll etməməkdə də günahlandırırlar. Bu ittiham doğrudur. Ancaq sual yaranır ki, ərzaq və mərmilərlə bağlı problemlər 2018-ci ildə də mövcud olmalı idimi?”.
Ermənistan Baş naziri bir daha bəyan edib ki, 2018-ci ildə hakimiyyətə gəldikdən sonra danışıqlar prosesində dəyişikliyə nail olmağa çalışıb: “Çünki aparılmış danışıqlar torpaqların mərhələli şəkildə Azərbaycana qaytarılmasını nəzərdə tuturdu. Qarabağda müharibə başlayanda ordu mümkün olan vaxta qədər döyüşdü”.
N. Paşinyan Mehridən açılacaq dəhlizin əvəzində Ermənistan Naxçıvandan İran və Azərbaycan üzərindən Rusiya ilə əlaqə yaratmaq imkanı qazanacağını qeyd edib. O, hakimiyyətə kimin gəlməsini isə xalqın həll etməli olduğunu vurğulayıb.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























