Özəl sektor iflasları maliyyə böhranından bu yana ən yüksək səviyyəyə çata bilər
"S&P Qlobal Ratings"ə görə qlobal borc keçən ilin sonunda 201 trilyon dollara çataraq, borcun ümumi daxili məhsula nisbəti isə 267%-ə yüksələrək rekord qırıb.
Marja xəbər verir ki, təşkilat, borcların yüksək səviyyələrə çıxması ilə özəl sektor iflaslarının 2009-cu maliyyə böhranından bu yana ən yüksək səviyyədə reallaşa biləcəyini nəzərdə tutur.
İstiqrazların buraxılması ilə yığılan nəhəng borcların yaratdığı risklər bu ay ABŞ istiqraz faizlərində yaşanan yüksəlişlə ortaya çıxıb. Bu faizlərdəki yüksəliş özəl sektor istiqrazlarını da vurdu.
S&P, "zibil reytinqə" malik şirkətlərdə 12 aylıq iflas nisbətinin 2021-ci ilin sonunda 7%-ə yüksələ biləcəyini təxmin edir. Bu nisbət keçən il 6,6% səviyyəsində idi. S&P eyni nisbətin Avropa üçün 5,3%-dən 6,5%-ə yüksələcəyini nəzərdə tutur.
S&P-yə görə, ağır borc yükü ilə əlaqədar, hava yolları və turizm kimi koronavirusdan daha çox mənfi təsir görən sektorlardakı kredit keyfiyyəti 2022-ci ilin sonuna qədər qədər yaxşılaşmaya bilər. Kredit reyqtinqi şirkəti yenə də rekord borclanma nisbətlərinə baxmayaraq qlobal yığışma nəticəsində bir borc böhranının baş verməyəcəyini düşünür.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 11 saat sonra
-
-
5 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
6 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
6 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 6 saat əvvəl
-
7 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb


























