“Azərlotereya”nın idarəetməyə verilməsilə əlaqədar müqavilə imalandı
Fevralın 27-də “Azərlotereya” ASC-nin Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilməsilə əlaqədar müqavilə imzalanıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu müqavilə ilə “Azərlotereya” ASC 10 il müddətinə bu sahədə zəngin təcrübəsi olan türk şirkətinin idaretməsinə verilir.
Nazir deyib ki, şirkətin fəaliyyəti özünü doğruldacağı halda müqavilə müddətinin daha 5 il uzadılması mümkündür: “Dövlət idarəetmə funksiyalarını tədricən tənzimləmə funksiyaları ilə əvəz etməyə, dövlət şirkətləri üzrə xərcləri azaltmağa və onların idarəçiliyinin effektliyini artırmağa çalışır”.
M. Cabbarov qeyd edib ki, bu məsələdə Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdən biri də xarici investorların, texnologiyaların və texnoloji biliklərin ölkəmizə cəlb edilməsidir: ”2001-ci ildə yaradılmış “Azərlotereya”, tirajlı lotereyaların keçirilməsi sahəsində dövlət inhisarçısıdır. Yeri gəlmişkən, biz ümumilikdə “Azərlotereya”nın fəaliyyətini müsbət qiymətləndiririk. Lakin son illərdə şirkətin təşkil etdiyi oyunlara ictimaiyyətin marağının azaldığı müşahidə olunur. Halbuki Azərbaycanda lotereya oyunlarına maraq daim yüksək olub. Aparılan araşdırmalar göstərir ki, müəssisənin fəaliyyət nəticələri mümkün potensialından azdır. Bu da qara bazarın formalaşmasına gətirib çıxarır. Bu baxımdan müəssisənin fəaliyyətinin təkmilləşdirilməsi zərurəti yaranıb. Cənab Prezidentin bununla əlaqədar vaxtında verdiyi sərəncam da böyük əhəmiyyət daşıyır”.
Nazir bildirib ki, bu müqavilənin imzalanması ilə Azərbaycan lotereya bazarının müasir tendensiyalara uyğun inkişafının təmin edilməsi, Səhmdar Cəmiyyətdə iqtisadi səmərənin əhəmiyyətli şəkildə artacağı gözlənilir.
APA
Bu gün “#Azərlotereya”nın #Türkiyənin “Demirören Holdinq” şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalandı. Yeni əməkdaşlıq platforması #Azərbaycanda oyun sənayesinin inkişafına, yeni investisiyanın cəlb edilməsinə və #büdcə gəlirlərinin artmasına əlavə imkan yaradacaq. pic.twitter.com/8wl748Ldqn
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 27, 2021
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
30 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
37 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
1 saat əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
1 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir






.jpg)
.jpg)














.jpg)

