Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) faiz qərarını açılayacaq.
Türkiyə Mərkəzi Bankının əsas pul siyasəti faizi olan bir həftəlik müddətli repo faizi 17%, gecəlik borclanma faizi 15,5%, gecəlik faizi isə 18,5%-dir.
Qlobal sərmayə bankları Morgan Stanley və Unicredit Türkiyə Mərkəzi Bankının (TCMB) yığıncağından gözləntilərini açıqlayıblar. Marja xəbər verir ki, hər iki təşkilat faizlərdə dəyişiklik gözləmirlər.
Unicredit pul siyasəti faizinin 17%-də qalacağını nəzərdə tutur.
Unicredit-in iqtisadçılarına görə, inflyasiyada sürətlənmə olsa Mərkəzi Bank faiz artırmağa davam edəcəkdir.
İqtisadçılar "bu ilin ilk yarısında faizləri dəyişdirilməyəcəyi proqnozumuzu qoruyuruq. May ayında başlayacaq deflyasiya prosesi ilə ilin ikinci yarısında siyasət faizinin 12%-ə endiriləcəyini düşünürük", - bildiriblər.
Morgan Sanley isə hesabatında sabahkı yığıncaqda faiz nisbətlərində dəyişiklik gözləmədiklərini, ancaq "şahin" ifadənin davam edəcəyini nəzərdə tutur.
Hesabatda "İnflyasiya hələ bankın hədəfinin üzərindəykən və iqtisadi artım hələ güclüykən Mərkəzi Bankının 18 Fevralda faizləri dəyişdirməyəcəyini ancaq inflyasiyadakı yuxarı istiqamətli risklər səbəbilə "şahin" ifadəsini davam etdirəcəyini düşünürük", - ifadəsi yer alıb.
Naci Ağbalın dövründə Türkiyə Mərkəzi Bankı faizini 6,75 bənd artırılaraq 10,25% səviyyəsindən 17%-ə qaldırıb.
Qeyd edək ki, son vaxtlar Türk Lirəsi Dollar qarşısında bahalaşıb. Dollar/TL məzənnəsi 7 səviyyəsindən də aşağı düşüb. Lirənin güclənməsi inflyasiyanın artması risklərini azaldır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
38 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)








