“Rabitəbank”ın törəməsi səhm emissiya edəcək
“Rabitəbank” ASC-nin müşahidə şurasının 9 fevral 2021-ci il tarixli 18 nömrəli qərarına əsasən 1 aprel 2021-ci il saat 17.00-da bankın səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Marja xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Bankın 2020-ci maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının təsdiqi.
2. Bankın audit komitəsinin hesabatının təsdiqi.
3. “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin səhmlərinin emissiyası.
4. Təşkilati məsələlər.
Xəbər verdiyimiz kimi, "Kapital Partners" Məhdud Məsuliyyətli Cəmiyyəti adını və təşkilati-hüquqi formasını dəyişib. Şirkət “Capital Partners İnvestisiya Şirkəti” adı ilə "Qapalı Səhmdar Cəmiyyət" formasında fəaliyyət göstərəcəkdir.
2007-ci ildə yaradılmış və 80 min manat kapitala malik olan “Capital Partners İnvestisiya Şirkəti”nin qanuni təmsilçisi İbrahim Mikaylovdur.
Şirkətin 100 faiz təsisçisi "Rabitəbank" ASC-dir.
Qanunvericiliyə görə, yardımçı investisiya xidmətləri göstərmək üçün minimum 75 min manat, əsas investisiya xidmətləri göstərmək üçün isə minimum 300 min manat nizamnamə kapitalı olmalıdır. “Capital Partners İnvestisiya Şirkəti”nin lisenziya ala bilməsi üçün səhm emissiya edərək nizamnamə kapitalını artırmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)







