“Coca-Cola”nın Azərbaycanda yeni zavodun tikintisi barədə bəzi detallar məlum oldu
Zavod İsmayıllı, Oğuz və ya Qəbələ rayonlarının birində qurulacaq.İqtisadiyyat Nazirliyi və “Azərbaycan Coca-Cola Bottlers” MMC arasında Azərbaycanda yeni zavodun tikintisi barədə Anlaşma Memorandumu imzalanıb.
Nazirlikdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, COVİD-19 bütün dünyada olduğu kimi, milli iqtisadiyyatı da yeni çağırışlarla üz-üzə qoyub, məcburi məhdudlaşdırmalar iqtisadi fəallığın zəifləməsinə, biznesin maliyyə itkiləri ilə qarşılaşmasına səbəb olub.
Pandemiyanın iqtisadiyyata təsirlərinin minimallaşdırılması üçün qeyri-neft sektorunda iqtisadi fəallığın canlandırılması, iş yerlərinin qorunması, stimullaşdırıcı layihələrin və tədbirlərin həyata keçirilməsi, özəl investisiya qoyuluşunun təşviq edilməsi, tikinti, məşğulluq və digər istiqamətlərdə təkanverici tədbirlərin görülməsi hazırda qarşıda duran əsas hədəflərdəndir.
Bu hədəflərə nail olunması istiqamətində digər tədbirlərlə yanaşı, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə bir sıra layihələr həyata keçirilir. Belə layihələrdən biri də “Azərbaycan Coca-Cola Bottlers” MMC-nin yeni spirtsiz içkilər istehsalı müəssisəsinin yaradılması layihəsidir. Belə ki, Azərbaycanın investisiya mühitinin, iqtisadiyyatın dayanıqlığının, həmçinin iqtisadiyyata dəstək proqramlarının, biznesin qısa və orta müddətdə dəstəklənməsini əhatə edən mühüm sənədlərin qəbul edilməsinin nəticəsi olaraq, “Azərbaycan Coca-Cola Bottlers” MMC ölkəmizdə fəaliyyətinin genişləndirilməsini və yeni istehsal sahələrinin yaradılmasını planlaşdırır.
30 milyon ABŞ dollarından çox sərmayə qoyuluşunu nəzərdə tutan investisiya planına əsasən, “Azərbaycan Coca-Cola Bottlers” MMC İsmayıllı, Oğuz və ya Qəbələ rayonlarının birində beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni istehsal zavodu quracaq.
Müəssisədə 100-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur ki, bu da bölgədə məşğulluğun daha da artmasına töhfə verəcəkdir.
Qeyd edək ki, 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən Coca-Cola ölkəmizin qeyri-neft sektorunda ən böyük xarici investorlardan biridir.
400 nəfərdən artıq əməkdaşı olan “Azərbaycan Coca-Cola Bottlers” MMC indiyədək ölkə iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə yatırıb və dövlət büdcəsinə 300 milyon manatdan artıq vergi ödəyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 6 saat əvvəl
-
6 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
6 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
7 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
7 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
7 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 8 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı





















