Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başlayıbAzərbaycan Hava Yolları marşrut şəbəkəsini genişləndirərək Belçikanın paytaxtı Brüsselə birbaşa müntəzəm uçuşlara başlayır. Yeni istiqamət üzrə biletlər artıq satışdadır.
Marja “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Brüssel şəhərinə ilk reys 8 may 2027-ci il tarixində həyata keçiriləcək. Bakı-Brüssel-Bakı marşrutu üzrə uçuşlar həftədə 4 dəfə, bazar ertəsi, çərşənbə, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.
Qeyd edilib ki, yeni marşrut Azərbaycan ilə Belçika arasında işgüzar, turizm və mədəni əlaqələrin inkişafına əlavə töhfə verəcək, həmçinin sərnişinlər üçün Avropanın aparıcı siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə birbaşa və rahat səyahət imkanı yaradacaq.
Belçikanın paytaxtı Brüssel Avropa İttifaqı və NATO-nun qərargahlarının yerləşdiyi, qlobal diplomatiya və beynəlxalq biznes üçün vacib əhəmiyyət daşıyan şəhərlərdən biridir. Bununla yanaşı, şəhər zəngin tarixi-mədəni irsi, məşhur Grand-Place meydanı, Atomium kompleksi, muzeyləri, qastronomiyası və özünəməxsus atmosferi ilə Avropanın ən populyar turizm istiqamətlərindən biri hesab olunur.
Brüssel həmçinin Avropanın əsas nəqliyyat qovşaqlarından biridir. Buradan Amsterdama təxminən iki saata, həmçinin Lüksemburq, Köln və digər şəhərlərə rahat şəkildə çatmaq mümkündür.
Aviabiletləri AZAL-ın saytından, aviaşirkətin mobil tətbiqindən, kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
XXX
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına start verib.
Bu barədə AZAL-dan məlumat verilib.
Bildirilib ki, uçuşlar 8 may 2027-ci ildən həftədə 4 dəfə - bazar ertəsi, çərşənbə, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
"Brüssel artıq AZAL marşrut xəritəsində! Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına start veririk. Uçuşlar 8 may 2027-ci ildən həftədə 4 dəfə — bazar ertəsi, çərşənbə, cümə axşamı və şənbə günləri həyata keçiriləcək", -məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
15 d. əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
57 d. əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
1 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
2 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı




























