Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

Türkiyədən BTQ dəmir yolu ilə Rusiyaya ilk ixrac qatarı yola salınıb

AzVak-mobil_resmin_ustu_31
Türkiyədən BTQ dəmir yolu ilə Rusiyaya ilk ixrac qatarı yola salınıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan, Türkiyə və Rusiya arasında dəmir yolu sahəsində üçtərəfli əməkdaşlıq formatında daha bir layihəyə start verilib.

ADY Konteyner şirkətindən Marja-ya daxil olmuş məlumata görə, bu dəfə Türkiyədən Rusiyaya ixrac yüklərindən ibarət konteyner qatarı yola salınıb. 15 konteynerdən ibarət qatar Türkiyənin Ankara şəhərindən Rusiyanın  Vorsino stansiyasına istiqamət götürüb. Qatarın ümumilikdə 4 min 650 kilometrlik polad magistralı 8 günə qət edəcəyi gözlənilir.

40 futluq konteynerlərdən ibarət olan qatarın yükü, əsasən, Türkiyə istehsalı olan  məişət əşyalarıdır. Yükün ümumi çəkisi isə 150 tondur.

Qatar  Bakı - Tbilisi - Qars dəmir yolu və “Şimal -  Cənub” Nəqliyyat Dəhlizi vasitəsilə, Türkiyə, Gürcüstan, Azərbaycan ərazisindən keçərək Rusiya ərazisinə daxil olacaq.

Daşımanın operatorları Pasifik Eurasia Logistics (Türkiyə),  GR Logistics (Gürcüstan), ADY Konteyner (Azərbaycan) və Rusiyanın JSC "Russian Railways Logistics" şirkətləridir.

29.01.2021 12:32
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19