20 milyon dolları aşan gəlir
2016-cı ildə buraxdığı ilk istiqrazlarla SOCAR, qiymətli kağızlar bazarında böyük uğurlara imza atmış və təkrar bazarda tədavülə başlandığı ilk gündən indiyədək ən çox ticarət olunan qiymətli kağız statusunu qoruyub–saxlamışdır.
“SOCAR Capital” şirkətindən Marja-ya verilən məlumata istinadən, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri rüblük ödənilən SOCAR İstiqrazlarının 1 milyon 250 min dollarlıq növbəti kupon ödənişi 18 yanvar tarixində istiqraz sahiblərinin hesablarına köçürüləcək (17 yanvar tarixi qeyri–iş gününə təsadüf etdiyindən, qanuvericiliyə əsasən, növbəti ilk iş günü).
4 ildən artıqdır ki, investorlar tərəfindən ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 18 yanvar tarixində baş tutacaq 2021-ci ilin ilk və ümumilikdə 17-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1.25 milyon dollarlıq gəlir gətirəcək. Bununla da, istiqraz sahiblərinin toplam qazancı 21 milyon 250 min dollara yüksəlmiş olacaq.
Təkrar bazar əməliyyatları həcminin $195 milyonu aşması, bağlanmış əqd sayının 2.300–ü ötməsi, Bakı Fond Birjasında ən çox tədavül olunan korporativ maliyyə alətinə çevrilməsi və REPO əməliyyatlarının $37 milyona çatması SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəricilərindəndir.
İstiqraz sahibləri vəsaitə ehtiyac duyduqda istiqrazlarını satmadan, REPO əməliyyatı etməklə, qısamüddətli vəsait cəlb edə, eləcə də istiqrazlarını bankda girov qoyaraq, sərfəli şərtlərlə kredit götürə bilərlər. Bu hallarda faiz gəlirləri itmir.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2021-ci ilin 17 aprel tarixində baş tutacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)














.jpg)