“Təkrar bazarın inkişaf etməməsi şəraitində qiymətli kağızlara marağın azalması ehtimalı var”
2021-ci ilin dövlət büdcəsində daxili borclanmadan daxilolmalar üzrə nəzərəçarpacaq dərəcədə artım proqnozlaşdırılmışdır. Daxili borclanmadan (ölkə daxilində qiymətli kağızların (dövlət istiqrazlarının) yerləşdirilməsindən) daxilolmalar hesabına 2021-ci il dövlət büdcəsi kəsirinin 1 milyard 300 milyon manat məbləğinin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur.
Marja xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyində bildirilir.
Mövcud iqtisadi durumdan və bazar konyunkturundan asılı olaraq və investor şəbəkəsinin məhdudluğunu nəzərə alaraq Hesablama Palatası təkrar bazarın inkişaf etməməsi şəraitində emissiya edilən qiymətli kağızlara marağın azalması ehtimalını qeyd edir: “Bütün bunlar isə öz növbəsində növbəti ildə istiqrazlar üzrə qaytarılacaq borcun təkrar maliyyələşmə hesabına təmin edilməsi həm də büdcə kəsirinin bağlanması üçün dövlət istiqrazları hesabına vəsait cəlb edilmə imkanlarının məhdud olmasını şərtləndirməklə yanaşı daxili borclanma üzrə risklərin, o cümlədən faiz risklərinin nəzərə alınmasını aktuallaşdırır. Eyni zamanda qeyd etmək istərdik ki, kəsirin maliyyələşmə mənbələrində xarici borclanmanın həcmi 595,0 mln. manat nəzərdə tutulmuşdur”.
Qeyd edək ki, 2020-ci ildə Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 1 milyard 163 milyon 194 min manat borc alıb. Bu, 2019-cu illə müqayisədə 504 milyon 186 min manat və ya 76,5% çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır




















.jpg)

