Çinin texnologiya nəhəngi də elektromobil istehsal edəcək
Dünyanın bir çox texnologiya nəhəngi ardıcıl elektrikli avtomobil (elektromobil) sektoruna girmək planlarını açıqlayırlar. Çinin texnologiya nəhəngi "Baidu" da bu sektora daxil olmaq üçün "Geely" ilə ortaq bir şirkət quracaqlarını açıqlayıb.Çinin axtarış sistemi "Baidu", avtomobil istehsalçısı "Zhejiang Geely Holding Group" ilə ağıllı elektrikli avtomobil istehsal etmək üçün ortaq bir şirkət quracağını açıqlayıb.
Marja xəbər verir ki, sürücüsüz idarəetmə texnologiyası və internet əlaqəsi infrastrukturu inkişaf etdirən "Baidu", yeni elektrikli avtomobilin "Baidu"nun ağıllı sürüş texnologiyaları və "Geely"nin avtomobil istehsalı bacarığı ilə ortaya çıxacağını qeyd edib.
"Baidu"nun açıqlamasına görə, yeni qurulan şirkət "Baidu"dan ayrı olacaq və "Geely" də strateji bir sərmayəçi mövqeyində olacaq.
Ötən həftələrdə "Apple" və LG şirkətləri də elektrikli avtomobil sektoruna daxil olacaqlarını açıqlayıblar.
"Apple" "Hyundai" ilə, LG isə "Magna International" ilə əməkdaşlıq edəcək.
Apple-ın tədarükçüsü "Foxconn" da elektromobil istehsal etmək üçün Çinin elektrikli avtomobil startapı "Byton" ilə danışıqlar aparır.
Elektrikli avtomobil ektoruna maraq gedərək artır. "Tesla"nın rəhbəri Elon Musk, Jeff Bezosu keçərək dünyanın ən varlı adamı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)




