Xeyriyyəçiliklə məşğul olan “Qırmızı ürəklər” bayram ərəfəsində şəhid övladlarını sevindirdi
(®️) Məlumat verdiyimiz kimi, Kapital Bank-ın əməkdaşlarının təşəbbüsü ilə 1 il əvvəl yaradılan “Qırmızı ürəklər” (“Red Hearts”) könüllülər qrupu Bakı ilə yanaşı regionlarda da xeyriyyə aksiyaları keçirir, imkansız, çoxuşaqlı ailələri, əlilləri, yaşlı insanları ziyarət edir, onlara ərzaq və gündəlik tələbat məhsulları təqdim edir. Bu günə qədər qrup tərəfindən ölkənin 50-dən artıq rayonunda xeyriyyə aksiyaları təşkil edilib, 100-lərlə aztəminatlı ailələrə yardım göstərilib.
Cari ilin mart ayından başlayaraq Azərbaycanda pandemiya olan vaxtdan bütün ölkə üzrə bir sıra xeyriyyə aksiyaları təşkil edilib. Bu aksiyalar 54 rayonda keçirilməklə, ümumilikdə 1500-dən artıq ailəni əhatə edib. Bundan başqa Qurban bayramında “Qırmızı ürəklər” 60-dək rayonda 900-dək ailəni ziyarət edib, yardımlar göstərib. Həmçinin Tovuz rayonunda yerləşən “N saylı” hərbi hissədə qurbanlar kəsilib və 200 kiloqram qurban əti əsgərlərə bişirilib.
2020-ci ilin iyul ayından – cəbhə bölgəsində gərginlik başlayan andan, müharibənin ən qızğın vaxtlarında belə “Qırmızı ürəklər” hər zaman həmrəylik nümayiş etdirib və demək olar ki, hər həftə cəbhə bölgələrinə yardımlar göndərib, dəstək aksiyaları təşkil edib. Yalnız sentyabr-oktyabr aylarında orduya dəstək üçün fondun könüllüləri tərəfindən ümumilikdə 60 000 manat vəsait toplanıb və xeyriyyə işlərinə xərclənilib. Hazırki vaxtda da yardımlar davam etdirilir və dekabr ayı ərzində Qubadlı, Zəngilan, Laçın istiqamətində təxminən 1500 əsgərə yardım aparılıb.
Həmçinin cəbhə bölgəsində olan 1400-ə yaxın əsgər və zabitlərimizin ailələrinə yardımlar göstərilib. Dünyanın bir sıra ölkələrindən də həmrəylik nümayiş etdirən həmvətənlərimiz və xarici vətəndaşlarla birgə bu aksiyada, ümumilikdə 370 000 manata yaxın vəsait toplanıb və təyinatı üzrə xərclənib. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində isə şəhidlərin övladları üçün aksiya keçirib və ümumilikdə 1300-dən artıq uşağı bayram hədiyyələri ilə sevindirib.
Bütün bu sadalananlar bir daha sübut edir ki, əməkdaşların özlərinin təşəbbüsü ilə yaradılan qrup cəmiyyətin bir hissəsi olduğunu anlayaraq, hər zaman xeyirxah əməllər etməyi, imkansızları sevindirməyi özünə borc bilir. Hazırda 200-dək üzvü olan təşəbbüs qrupu, 2019-cu ilin dekabr ayında yaradılıb. Qrupun əsas fəaliyyət istiqaməti uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardım etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 17 d. əvvəl
-
24 d. əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
3 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Ən çox oxunanlar
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu






.jpg)









.jpg)





