"Banklar, sığorta şirkətləri pozuntuya yol versə Mərkəzi Banka müraciət edin" çağırışı
Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli 1616 nömrəli Sərəncamına əsasən maliyyə bazarlarına nəzarət funksiyaları Azərbaycan Respublikasının Mərkəzi Bankına ötürülmüşdür.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bu funksiyalardan biri də maliyyə xidmətləri istehlakçıların və investorların hüquqlarının pozulmasının qarşısının alınması və pozulmuş hüquqların bərpasının təmin olunmasıdır.
Fəaliyyət istiqamətinə müvafiq olaraq Mərkəzi Bank tərəfindən istehlakçılar və investorlardan daxil olan yazılı və şifahi müraciətlərə baxılır, müraciətlərlə əlaqəli sorğular göndərilir, araşdırmanın nəticəsinə uyğun olaraq cavablar hazırlanır, hüquq pozuntusu aşkar edildiyi təqdirdə istehlakçıların və investorların pozulmuş hüquqlarının bərpası məqsədi ilə nəzarət subyektlərinə icrası məcburi göstərişlər verilir və ya digər hüquqi tədbirlər həyata keçirilir. Mərkəzi Banka müraciət edən və müraciəti araşdırılan vətəndaşlar qəbul cədvəlinə uyğun olaraq Mərkəzi Bankın inzibati binasında və ya videobağlantı formatında qəbul edilir.
Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkilinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankında vətəndaşların fiziki qəbulu dayandırılmış və yalnız online qəbul həyata keçirilməkdədir.
Cari il ərzində maliyyə bazarı iştirakçılarının çoxsaylı müraciətləri araşdırılaraq cavablandırılmış, nəzarət subyektləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinə nəzarət tədbirləri həyata keçirilmiş, habelə nəzarət subyektləri ilə görüşlər keçirilmişdir.
Nəzarət subyektləri ilə həyata keçirilən belə görüşlərdən biri də cari ilin noyabr ayında baş tutmuşdur. Görüş zamanı Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən nəzarət subyektlərinin nümayəndələri maliyyə xidmətləri sahəsində şəffaflığın təmin edilməsi, hesabatlılığın təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun daha da artırılması məqsədi ilə görülə biləcək tədbirlər barədə məlumatlandırılmışdırlar. Belə görüşlərin keçirilməsi mütəmadi xarakter daşıyır.
Mərkəzi Bankın nəzarət subyektləri olaraq müəyyən edilmiş banklar, sığortaçılar, səhmdar cəmiyyətləri və digər maliyyə subyektləri tərəfindən hüquqpozmalara yol verildiyi təqdirdə, habelə Mərkəzi Bankın səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı vətəndaşlar qanunvericilikdə müəyyən edilmiş qaydada yazılı olaraq Mərkəzi Banka Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 27 ünvanına poçt vasitəsi ilə, https://contact.e-cbar.az/ elektron ünvanından online, +994124935058 telefon nömrəsi və 966 qaynar xətt nömrəsi ilə şifahi müraciət edə bilərlər. Eyni zamanda [email protected] ünvanından online qəbula yazılmaq mümkündür.
Mərkəzi Bank tərəfindən vətəndaş məmnunluğunun artırılması məqsədi ilə bankların və sığortaçıların inzibati binalarında nəzarət subyektləri tərəfindən qanunvericiliyin tələblərinin pozulduğu hallarla bağlı, həmçinin Mərkəzi Bankın səlahiyyətlərinə aid məsələlər barədə məlumat əldə etməsi məqsədi ilə vətəndaşların sorğu xarakterli müraciət ünvanlaya biləcəkləri Mərkəzi Bankın “966” qaynar xətti barədə məlumat lövhələri yerləşdirilmişdir.
Mərkəzi Bank tərəfindən çoxsaylı zənglərin operativ cavablandırılması üçün qaynar xəttin iş rejimi gücləndirilmiş, operatorların sayı artırılmış, iş günlərində qaynar xəttin fasiləsiz xidmət göstərməsi təmin edilmişdir.
Maliyyə institutu istehlakçılarının məmnunluğunun təmin edilməsi üçün daim çalışan Mərkəzi Bank tərəfindən müraciətlər nəzarətdə saxlanılır və bununla bağlı mütəmadi tədbirlər görülür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 26 d. əvvəl
- 27 d. əvvəl
- 30 d. əvvəl
- 31 d. əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib






.jpg)
.jpg)










.jpg)




