SOCAR-da boş dayanmış işçilər ilə 2 saatlıq görüş olub - MAAŞIN 50%-i ödəniləcək
Aşağı nəticə göstərən işçilərə orta aylıq əmək haqqının 50%-i, boşdayanmada olanlara isə qanunvericiliyin tələblərinə uyğun ödəniş ediləcək.COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər fonunda qlobal neft bazarında tələb-təklif balansının pozulmasının qarşısını almaq məqsədilə 2020-ci ilin aprelində OPEC+ çərçivəsində neft hasilatının azaldılması haqqında qəbul olunmuş qərar çərçivəsində Azərbaycan tərəfindən götürülmüş öhdəliklər SOCAR-da bir sıra islahatlar və optimallaşdırma tədbirlərinin həyata keçirilməsini zərurətə çevirir.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
"Məlum olduğu kimi, hasilatın azaldılması əsasən qazma işlərinin həcminə və qurudakı hasilata təsir etmiş və həmin sahələrdə müəyyən boşdayanmalara səbəb olub.
Analoji proseslər dünyanın bir çox aparıcı neft şirkətlərində xərclərin azaldılması və kütləvi ixtisarlarla müşahidə olunub. SOCAR öz sosial məsuliyyəti çərçivəsində və büdcənin imkan verdiyi qədər, vəziyyətdən çıxış yolunu başqa sahələrdə axtarır, ixtisara yol verməməyə, istehsalat xərclərinin, idarəetmə aparatında əmək haqqlarının azaldılması kimi mümkün vasitələrdən istifadə etməklə əməliyyat dayanıqlığını təmin etməyə çalışır. Şirkətin boşdayanmaya məruz qalmış işçilərinə gələcəkdə dayanıqlı iş şəraiti yaradılması məqsədi ilə onların səriştə və bacarıqlarının yenidən qiymətləndirilməsi, daha potensiallı işçilərin seçilməsi və onların daha böyük hədəflər üçün hazırlanması, digər işçilərin qiymətləndirmənin nəticələrinə uyğun mövcud iş yerlərində yerləşdirilməsi, aşağı nəticə göstərən işçilərin isə şirkətin hesabına keçirilən təlimlərə cəlb olunmaları, peşəkarlıq bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən, ixtisasartırma və yeni ixtisasa yiyələnmə istiqamətlərində müvafiq tədbirlər görülür", - məlumatda deyilir.
Şirkətdaxili optimallaşdırma tədbirlərinin, perspektivlərin müzakirə edilməsi, işçilər arasında maarifləndirmənin həyata keçirilməsi məqsədilə 2020-ci il dekabrın 11-də SOCAR-ın İnsan Resursları Departamenti, İqtisadiyyat və Uçot İdarəsi, Hüquq İdarəsi, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və “Azneft” İstehsalat Birliyi rəhbərliyinin iştirakı ilə “Siyəzənneft” NQÇİ-nin kollektivi ilə onlayn görüş keçirilib.
İki saatdan çox davam edən görüş zamanı işçilərin fikirləri dinlənilmiş və hazırkı şəraitdə boşdayanmaların və sərbəstləşmənin labüd olduğu bildirilmiş, SOCAR-da bu problemin işçilərdə yeni səriştə və qabiliyyətlərin formalaşdırılması, onların hazırkı tələbata uyğun olaraq, müvafiq fərqli fəaliyyət sahələrinə yönləndirilməsi vasitəsilə həll edildiyinə dair izahat verilib.
Qeyd olunub ki, görülən tədbirər qüvvədə olan qanunvericiliyin, o cümlədən Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilir və rəsmiləşdirilir. İşçilərin bacarıq və səriştələrinin qiymətləndirilməsi şəffaf və ədalətli şəkildə həyata keçirilir, proqram iştirakçılarına şirkət daxilində mövcud olan və yaranacaq vakansiyaları tutmaq üçün bərabər imkanlar yaradılır. Qiymətləndirmə və testləşdirmədə daha aşağı nəticə göstərən işçilərin müəyyən bir qisminin xüsusi proqrama cəlb olunması nəzərdən keçirilir. Proqramda olan işçilərə bütün imtiyazlar saxlanılmaqla yanaşı orta aylıq əmək haqqının 50%-i, boşdayanmada olanlara isə qanunvericiliyin tələblərinə uyğun ödəniş edilməklə müvafiq təlimlərə cəlb edilmələri nəzərdə tutulub. Bütün sosial paketlərdən, həmçinin sığorta imkanlarından istifadə edə biləcək bu işçilər üçün SOCAR-ın digər sturukturlarında yeni yaranacaq vakansiyalar üzrə iş yerlərinın axtarılması və onların işlə təmin edilməsi də diqqət mərkəzində saxlanılacaq.
Görüşdə optimallaşdırma və qiymətləndirmə tədbirləri, boşdayanma halları ilə bağlı təklif olunan xüsusi proqramlar barədə “Siyəzənneft” NQÇİ işçilərinin fikir, təklif və iradları dinlənilmiş, rəhbər şəxslər onların suallarını cavablandırıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
2 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
2 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
2 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 5 saat əvvəl
-
20 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 21 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Ən çox oxunanlar
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır






.jpg)
.jpg)








.jpg)


