Gələn aydan fermerlərə məhsul subsidiyasının ödənilməsinə başlanacaq
Kənd Təsərrüfatı Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, fermerlərə məhsul subsidiyasının ödənilməsinə dekabrın ikinci ongünlüyündə başlanacaq. Hazırda fermerlərdən təhvil alınan pambıq, tütün və şəkər çuğunduru məhsulları barədə məlumatlar tədarükçülər tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) yerləşdirilir. Məlumatlar yoxlandıqdan sonra fermerlərə ödəmə ediləcək.
Noyabrın 20-nə olan operativ məlumata əsasən, 2020-ci ildə 99 902 hektar sahədən 309267 ton pambıq, 4 903 hektar sahədən 213801 ton şəkər çuğunduru və 3144 hektar sahədən 6065 ton quru tütün məhsul yığılıb.
Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə təhvil verdikləri məhsulla bağlı məlumatların tədarükçü tərəfindən EKTİS-də yerləşdirildiyini dəqiqləşdirməyi tövsiyə edib. Qaydalara əsasən, tədarükçü tərəf fermerdən hansı məbləğdə nə qədər və hansı məhsulu aldığını təsdiqləyən alqı-satqı müqaviləsini və qəbzləri EKTİS-ə yükləməlidir.
Qeyd edək ki, dövlət tərəfindən fermerlər tədarükçüyə təhvil verdikləri pambığın hər tonuna görə 100 manat, quru tütünün hər tonuna görə 50 manat, yaş tütünün hər tonuna görə 5 manat, şəkər çuğundurunun hər tonuna görə 4 manat subsidiya ödənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 20 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb




.jpg)









.jpg)




