Türkiyə Mərkəzi Bankının güclü faiz artıracağı gözlənilir
Türkiyə Mərkəzi Bankının pul siyasəti faizini 15%-ədək yüksəldəcəyi gözlənilirGələn həftə Cümə axşamı günü (19 noyabrda) Türkiyə Mərkəzi Bankının(TCMB) yığıncağı keçiriləcək. Marja xəbər verir ki, mütəxəssislər bankın faizində güclü artım edəcəyini gözləyirlər.
Keçən həftə TCMB-nin yeni sədri Naci Ağbal ilk açıqlamasında qiymət sabitliyinin önəmini vurğulamışdı. Berat Albayrakın istefasının ardından Xəzinə və Maliyyə Nazirliyi vəzifəsinə təyin edilən Lütfü Elvan da maliyyə intizamı və inflyasiyaya vurğu etmişdi.
Türkiyə Mərkəzi Bankının, Goldman Sachs 4,75 faiz bəndi, Societe General 4 faiz bəndi, TD Securities 5,75 faiz bəndi, Medley Qlobal Advisors isə 3 faiz bəndi faiz artıracağını gözləyir.
Mütəxəssislərə görə, faizin güclü artırılması ilə Türk Lirəsindəki bahalaşma trendi davam edə bilər.
Hazırda Türkiyə Mərkəzi Bankının həftəlik repo faizi 10.25% (əsas pul siyasəti faizi), gecəlik borc faizi 11.75% və likvidlik pəncərəsi (GLP) faizi 14.75% səviyyəsindədir.
Keçən həftə 8.5153 lirə səviyyəsindən bağlanmış Dollar/TL məzənnəsi bu həftə 7.7858 lirəyə qədər geriləyib.
Ərdoğan iqtisadiyyatda yeni dövr başlayacağını bildirib
Türkiyə Preidenti Rəcəb Tayyib Ərdoğan, Partiyasının yığıncağında iqtisadiyyatda yeni dövrə işarə edərək, iqtisadi artım, sabitlik və məşğulluq üçüni bir səfərbərlik başladılacağını söyləyib. Ərdoğan, Mərkəzi Bankın yeni sədri Naci Ağbal ilə Xəzinə və Maliyyə Naziri Lütfü Elvanın atacaqları hər addımda onların yanında olacağını da vurğulayıb.
Ərdoğan, "Ölkəmizi riski az, etibarı yüksək, qazancı qənaətbəxş bir cazibə mərkəzi halına gətirməkdə qərarlıyıq. Makroiqtisadi sabitliyi təmin edəcəyik. Biznes və sərmayə mühitini daha cazibədar etmək istəyirik. İqtisadi rəhbərlik beynəlxalq sərmayəçilər ilə yaxın əlaqədə olacaq. Struktur islahatları davam edəcək",- ifadələrini istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








