Azərbaycanın iri holdinqi Silahlı Qüvvələrə 1 milyon manat yardım etdi
Ölkənin ən iri holdinqlərindən biri olan “Gilan Holding” cəbhədə mübarizə aparan ordumuza dəstək məqsədi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 1.000.000 manat ianə edib.
“Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün qorunması və işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə əldə olunan inamlı qələbələr son günlər dünya ictimaiyyətində və KİV-lərində ən əsas müzakirə mövzusuna çevrilmişdir. Ordumuzda xidmət edən Mübarizlərin qəhrəmanlığı və şücayəti, xalqımızın birliyi və tarixi qələbələrimizin sədası bütün dünyaya yayılmaqdadır. Şanlı Azərbaycan Ordusu ilə qürur duyuruq! Bu münasibətlə xalqımızı təbrik edir, tarixi missiyamızda iştirak edən hər bir kəsə uğurlar diləyirik!” - deyə “Gilan Holding”-dən bildirilib.
Məlumat üçün bildiririk ki, “Gilan Holding” Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən ordu sıralarına cəlb edilən əməkdaşlarına əmək haqlarını 2 qat ödəyir. Bu həmin əməkdaşların xidmət etdikləri dövr ərzində davam edəcək.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)









