Dövlət istiqrazlarına təklif Maliyyə Nazirliyini qane etmədi
Hərraca çıxarılmış 10 milyon manatlıq istiqrazlara 27 milyon 233 min 100 manatlıq sifarişlər olsa da 2 milyon 416 min 400 manatı yerləşdirilib.
1 sentyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108001782 ISIN-li, 10 milyon manat həcmində, 1820 gün tədavül (1603 gün dövriyyə) müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 8 investor tərəfindən qiyməti intervalı 85.4000 (13.1472%) və 92.3816 (10.9226%) olan 9 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 91.4193 (11.2165%), orta ölçülmüş qiyməti 92.2814 (10.9530%) müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 27 milyon 233 min 100 manat yerləşdirilmiş həcmi isə 2 milyon 416 min 400 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 21 yanvar 2025-ci il.
Hərrac iştirakçıları 2 sentyabr 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır





















