Dolların qiymətlərinə qarşı təzyiqlər artırmaqdadır
Dolların son bir il yarımının minimum səviyyələrinə yaxın ticarət edilməsi və FED sədrlərinin açıqlamaları, iqtisadiyyata dair narahatlıqları artırıb.Beynəlxalq valyuta birjalarında dolların digər aparıcı valyutalara nisbətən orta qiyməti son bir ayın maksimum və minimum səviyyələri aralığında dalğalanmaqdadır. Bununla yanaşı, sözügedən səviyyələrin artıq cari və keçəm ilin minimum-dəstək səviyyələrinə yaxın olması, bunların aşağı istiqamətdə qırıla biləcəyi ehtimallarını da artırır. Bu, dolların daha sürətlə ucuzlaşa biləcəyi proqnozlarının artmasına səbəbdir.
Amerika iqtisadiyyatına dair mənfi gözləntilər çərşənbə axşamı FED tərəfindən verilən açıqlamalarla daha da artmışdır. Bu da öz növbəsində dolların qiymətlərinə qarşı təzyiqləri artırmaqdadır. FED-in Atlanda ofisinin sədri Rafael Bostik böhranın daha uzun davam edə biləcəyini açıqlamışdır. Gələcək 3-4 həftə isə iqtisadiyyatın hansı sürətdə canlanacağı ilə bağlı təssüratın formalaşması üçün önəmli olacaqdır. Bu fikirlərə San-Fransisko Fed sədri Meri Deli də qoşulub. FED-in sədr müavini Riçard Klarida isə bankın əlavə maliyyə dəstək tədbirlərinin ola biləcəyini bildirməklə, Klivlend FED sədri Loretta Mester dövlətin əlavə dəstəyinin labüdlüyünü dilə gətirib.
Bununla yanaşı, bu gün Amerikanın neft və benzin ehtiyatlarına dair açıqlanacaq önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzində olacaqdır, çünki bunlar iqtisadiyyatdakı aktiviyə dair siqnal verir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)















.jpg)
