Azərbaycanda ikinci "ağıllı bağ" salınır
Qusar rayonunda ölkə ərazisində ikinci olan "ağıllı bağ" salınır.
Bu barədə layihənin rəhbəri Abbas Niyazov məlumat verib.
Onun sözlərinə görə, artıq layihənin həyata keçirilməsi istiqamətində işlərə başlanılıb: "Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra intensiv bağların salınması işləri reallaşmağa başlayıb. Belə bağlardan biri də Qusar rayonunun Qalacıq kəndi ərazisində salınır. Meşə ətrafı kolluq ərazilər artıq təmizlənərək müasir tipli "ağıllı bağ"ın salınması üçün hazırlanır. Belə bağların salınması həm də iş yerlərinin artması deməkdir".
A.Niyazov qeyd edib ki, yeni salınacaq "ağıllı bağda" qarışıq növ meyvələrin əkilməsi nəzərdə tutulub: "Burada alma, armud, fındıq, heyva, şaftalı və gilas olmaqla, müxtəlif növ digər meyvə ağacları becəriləcək. Yeni əkiləcək bağda 150 nəfərə yaxıninsan işləyəcək. Bağın suvarılması üçün isə ərazidəki göl suyundan istifadə olunacaq. Yeni salınacaq bağda avtomatlaşdırılmış suvarma və gübrələmə sistemləri quraşdırılacaq. Su mənbəyi üçün ərazidəki çaylardan gələn su gölə axıdılacaq. Ehtiyat sudan istifadə olunacaq. Məhsuldarlığın 25 % artacağı gözlənilir. Bu sistem vasitəsilə meyvə bağlarında bitkilərin inkişafı prosesinə nəzarət olunacaq".
Qeyd edək ki, "ağıllı bağ”ın tam formalaşdırılması, becərilmənin avtomatlaşdırılmış idarəetmə sisteminə qoşulması iki ilə başa çatdırılacaq.
Xatırladaq ki, Azərbaycanda ilk dəfə "ağıllı bağ" Quba rayonunda 2020-ci ilin əvvəllərində salınıb.
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)







