"Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatında misli görünməmiş çağırışa səbəb olub"
Bu gün Asiya İnkişaf Bankının (AİB) Prezidenti Masatsuqu Asakava və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni koronavirus xəstəliyi (COVİD-19) ilə bağlı pandemiyanın təsirlərinə qarşı mübarizə aparmaq istiqamətində AİB-in hökumətin cavab tədbirlərini necə dəstəkləyə biləcəyinə dair müzakirələr aparıblar.
Bu barədə AİB-in yaydığı məlumatda deyilir.
“COVİD-19 pandemiyası və neftin qiymətinin kəskin azalması Azərbaycan iqtisadiyyatında misli görünməmiş çağırışa səbəb olub”, deyə cənab Asakava bildirib.
“AİB Azərbaycanı bu pandemiyaya qarşı mübarizədə dəstəkləməyə, onun həssas insanlara olan təsirini azaltmağa, iqtisadiyyatı qorumağa qətiyyətlə sadiqdir”.
Cənab Asakava COVİD-19 pandemiyasının təsirini azaltmaq üçün çevik və hərtərəfli reaksiyasına görə hökumətin işini yüksək qiymətləndirmişdir. Bu reaksiya üç tərəfli paketdən ibarətdir: səmərəli ictimai səhiyyə tədbirlərinin görülməsi, sosial müdafiənin gücləndirilməsi, o cümlədən işsizlik müavinətlərinin genişləndirilməsi, eləcə də işçilərin maaşlarının subsidiyalaşdırılması, birbaşa maliyyə dəstəyi, həmçinin təsirə məruz qalmış sektorlarda bizneslər üçün vergi güzəştləri vasitəsilə özəl sektorun qorunması.
Prezident Əliyev AİB ilə 20 ildir davam edən sıx tərəfdaşlığa görə minnətdarlığını bildirdi və AİB-in ölkənin strateji proqramlarına vaxtında göstərdiyi dəstəyi, o cümlədən Cənub Qaz Dəhlizi üçün maliyyələşdirmənin sürətləndirilməsini yüksək qiymətləndirdi.
İki rəhbər şəxs AİB-in Azərbaycana dəstəyi üzrə mümkün variantları və ölkə iqtisadiyyatının dayanıqlı inkişafa daha sürətlə qayıtmasına şərait yaratmaq məqsədilə maliyyə və özəl sektoru stimullaşdırmaq, eləcə də pandemiyanın sosial-iqtisadi risklərini daha da azaltmaq üçün tələb oluna biləcək əlavə strateji tədbirləri müzakirə ediblər.
AİB hökumətin xarici borclanma ilə bağlı siyasətinə uyğun olaraq innovativ və yüksək texnologiya yönümlü layihələrin hazırlanması və maliyyələşdirilməsinə diqqət yetirməklə Azərbaycanla tərəfdaşlığını genişləndirməyə davam edəcək. AİB, həmçinin iqtisadi siyasət islahatlarını və dəmir yolu sektorunu dəstəkləməyə davam etməklə yanaşı, su resurlarının idarə olunması, bacarıqların inkişaf etdirilməsi, kiçik və orta ölçülü müəssisələrin maliyyələşdirilməsi, enerji səmərəliliyi, özəl-dövlət tərəfdaşlığı sahələrində daha fəal iştirak etməyə çalışacaq.
AİB-in Azərbaycanla 2019-2023-cü illəri əhatə edən Ölkə üzrə Tərəfdaşlıq Strategiyası qeyri-neft özəl sektorun inkişafına təkan vermək, dövlət sektorunun səmərəliliyini artırmaq, infrastrukturu təkmilləşdirmək, eləcə də insan kapitalını gücləndirməklə diversifikasiya olunmuş və inklüziv artımı dəstəkləyir.
13 aprel tarixində AİB inkişaf etməkdə olan üzv ölkələrin təxirəsalınmaz ehtiyaclarını qarşılamaq məqsədilə COVİD-19 cavab tədbirləri paketini 20 milyard ABŞ dolları məbləğinə yüksəltmişdir. AİB, həmçinin yardımı daha sürətlə və çevik şəkildə təmin etmək üçün əməliyyatları tənzimləmək məqsədilə tədbir görmüşdür. Davam edən cavab tədbirləri ilə bağlı daha ətraflı məlumatı AİB-in veb səhifəsindən əldə edə bilərsiniz.
AİB ifrat yoxsulluğun aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsi vasitəsilə Asiya və Sakit okeanı regionunu çiçəklənən, inklüziv, dayanıqlı və davamlı regiona çevirmək əzmindədir. 1966-cı ildə yaranmış Bankın üzvlüyünə 49-u regiondan olmaqla 68 ölkə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 10 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
16 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
16 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
16 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)
.jpg)






.jpg)







