13 bankın faiz gəlirləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 13-nün bu ilin I rübündəki faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən az olub.
Bunlar "PAŞA Bank", "AFB Bank", "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", İran Milli Bankının Bakı filialı, "Ziraat Bank Azərbaycan" "Bank Avrasiya", "Yapı Kredi Bank Azərbaycan", "AGBank", "Premium Bank", "Yelo Bank", "Muğan Bank" və Pakistan Milli Bankının Bakı filialıdır.
Ən çox azalma Pakistan bankında (48,5%), ən az azalma isə "PAŞA Bank"da (1%) qeydə alınıb.
Qalan 15 bankın isə faiz gəlirləri artıb. Ən yüksək dinamika "Naxçıvan Bank"da (78,3%), ən aşağı dinamika isə "Xalq Bank"da (0,8%) qeydə alınıb.
5 bankın faiz gəlirləri 25 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 5-nin bu ilin I rübündəki faiz gəlirləri 25 milyon manatdan çox olub.
Bunlar "Kapital Bank" (106 milyon 498 min manat), "Azərbaycan Beynəlxalq Bankı" (105 milyon 772 min manat), "PAŞA Bank" (52 milyon 14 min manat), "Xalq Bank" (27 milyon 568 min manat) və "Access Bank"dır (25 milyon 984 min manat).
Qalan 23 bankdan 6-də faiz gəlirləri 10-23 milyon manat arasında, 15 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.
®️ Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
19 d. əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
-
25 d. əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
40 d. əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
49 d. əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 52 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Ən çox oxunanlar
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı






















