“Uşaq Qaynar Xətti” son 1 ayda rekord sayda müraciət qəbul
Azercell-in dəstəyilə yaradılan qaynar xətt xidmətinə 756 zəng daxil olub(®️) “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti aprel ayının nəticələri ilə bağlı statistikanı açıqlayıb. Məlumata görə, bu ilin aprel ayında mərkəzə 756 zəng daxil olub. “Azercell Telekom” MMC tərəfindən yaradılan və dəstəklənən bu xidmətə daxil olan zənglərin əksəriyyəti – 423 müraciət təhsillə əlaqədardır. Uşaq Qaynar Xəttinə sosial məsələlərlə bağlı 98, səhiyyə ilə bağlı 66, psixoloji problemlərlə bağlı 51, hüquqi prosedurlarla əlaqəli 44 müraciət daxil olub. Daha 74 müraciət isə bu kateqoriyalara aid edilməyən fərqli məsələlərə dair olub. Müraciətlərin 665-i ilkin, 91-i isə təkrarən daxil olub. Zəng edənlər arasında qızlar nisbətən üstünlük təşkil edir – müraciət edənlərin 425-i qızlar, 326-sı oğlanlar olub. 5 şikayət sms üzərindən qeydə alındığından müraciətçilərin cinsləri müəyyən olunmayıb. Uşaqlar üçün Qaynar Xəttə müraciət edənlərin təxminən 85%-i yaşı 18-dən yuxarı şəxslər olub.
Ölkəmizdə COVID-19 virusunun yayılmasının önlənməsi məqsədilə karantin rejimi tətbiq olunduğundan, “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin əməkdaşları fəaliyyətlərini evdən davam etdiriblər. Qaynar Xətt xidmətinin 116111 qısa nömrəsi mobil telefona yönləndirilib və müraciətlər 7/24 saat mütəmadi olaraq operatorlar tərəfindən cavablandırılıb. Ay ərzində mərkəzin mobil nömrələrinə 712, şəhər telefonuna 18 zəng daxil olub, 26 müraciət isə SMS vasitəsilə qeydə alınıb.
Aprel ayı boyu karantin rejiminin davam etməsinə baxmayaraq, mərkəz əməkdaşları 6 ailəyə baş çəkiblər. Ziyarət zamanı ailədəki uşaqlarla tanış olublar, onların problemlərini dinləyiblər, məsələnin araşdırılması və təcili dəstəyin göstərilməsi üçün aidiyyətı qurumlara məktublar göndəriblər. Aprelin 29-dan etibarən “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətində fərdi konsultasiyaların keçirilməsi, reabilitasiyaya cəlb olunmuş ailələrlə görüşlərin təşkili qismən bərpa olunub.
Son ay ərzində qaynar xəttin mediada təbliği istiqamətində də addımlar atılıb. Mərkəzin əməkdaşları yerli televiziya kanallarında çıxışlar edərək mövcud problemlərdən danışıblar, maarifləndirməyə diqqət yetiriblər. Media orqanlarında uşaqların evdə səmərəli vaxt keçirməsi, onların özgüvən problemi, koronavirusdan qorunma və digər önəmli mövzularda müzakirələr aparılıb. Eyni zamanda, sosial şəbəkələrdə də fəaliyyət genişləndirilib, canlı yayımlar təşkili olunub.
Ümumilikdə, 2020-ci ilin ilk 4 ayı ərzində Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə 2069 müraciət daxil olub.
Qeyd edək ki, "Azercell Telekom" MMC-nin dəstəyi, "Ümidli Gələcək İctimai Birliyi"nin təşkilatçılığı ilə 7/24 rejimi ilə fəaliyyət göstərən Uşaq Qaynar Xətt xidməti haqqında ətraflı məlumatı www.usaqxetti.az internet səhifəsindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 17 saat sonra
-
-
12 d. əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
32 d. əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 43 d. əvvəl
-
58 d. əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
“Yaban Group” Əhmədlidə restoran açıb
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb



























