PAŞA Bank 2019-cu il üçün maliyyə nəticələrini açıqladı
PAŞA Bank, 31 dekabr 2019-cu il tarixinə bitən il üzrə özünün və törəmə banklarının (PASHA Bank Georgia və PASHA Yatırım Bankası A.Ş.) maliyyə nəticələrini mətbuat konfransında açıqladı.
Tədbirdə spiker qismində Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov və İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev çıxış etdilər.
İdarə Heyətinin Sədri Taleh Kazımov bildirdi ki, 2019-ci ildə PAŞA Bank Azərbaycan maliyyə sektorunda böyüməyə davam etmişdir. Bank, şəffaf biznes təcrübələrini tətbiq edərək və ölkənin bank sahəsində şəffaflığın artırılmasına töhfə verərək korporativ və fərdi bankçılıq seqmentlərində yüksək keyfiyyətli maliyyə xidmətləri göstərməyi hədəfləyir. Bankın 2018-2020-ci illəri əhatə edən strateji inkişaf planında əsas hədəflərdən biri yüksək keyfiyyətli aktivlərin idarə edilməsidir. Bank aktivlərini yüksək likvidlik və yarı-likvidlik dərəcəsinə görə diversifikasiya edərək gəlirlilik və risk arasındakı balansı təmin etmişdir.
İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev təqdimatında bildirdi ki, PAŞA Bank, 560,056 min manat dəyərində olan ümumi kapital həcmi ilə ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyub saxlamışdır (2018: 548,009 min manat). İl sonu etibarilə PAŞA Bankın cəmi aktivləri 5,440,439 min manat təşkil etmişdir. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 4% artmışdır (2018: 5,209,364 min manat).
31 dekabr 2020-ci il tarixinə Bankın aktivlərinin açıqlaması aşağıdakı kimidir:
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri - 22%
Müştərilərə verilmiş kreditlər - 42%
Kredit Təşkilatlarına verilmiş kreditlər - 12%
Qiymətli kağızlar portfeli - 21%
Digər cari və uzunmüddətli aktivlər - 3%
PAŞA Bank 2019-ci ildə umumi kredit portfelini 33% artıraraq 2,296,988 min manata (2018: 1,780,782 min manat) çatdırmış və kreditləşmədə ciddi artım əldə etmişdir. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 2,8% (2018: 2,8%) təşkil etmişdir. Qeyd olunan dövr ərzində davamlı şəkildə müştərilərə xidmət göstərən Bank, son illər ərzində inkişaf etdirdiyi biznes əlaqələrindən bəhrələnir. Bunun nəticəsi olaraq, PAŞA Bankın müştəri depoziti bazası 2019-ci ildə 3,788,941 min manat (2018: 3,953,952 min AZN) təşkil etmişdir.
Müştəri depozitləri əsasən tələbli və müddətli hesablarda müvafiq olaraq 57% və 43 % nisbətində cəmlənmişdir (2018: 75% and 25%). Bank 2019-ci maliyyə ili üçün 77,097 min manat xalis mənfəət (2018: 74,053 min manat) elan etmişdir. Eyni dövr üçün toplam əməliyyat gəlirləri 251,385 min manat olmuşdur ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 17% çoxdur (2018: 214,162 min manat). Bankın faiz gəlirləri 257,660 min manat, qeyri-faiz gəlirləri 51,383 min manat təşkil etmişdir. Nəticədə qeyri-faiz gəlirinin ümumi əməliyyat gəlirlərinə nisbəti 20% olmuşdur.
Beynəlxalq maliyyə institutları ilə əhatəli danışıqlar sayəsində geniş miqyaslı maliyyə alətlərindən istifadə imkanı əldə edən PAŞA Bank korporativ müştərilərinə daha çox ticari maliyyə xidmətləri göstərməyə nail olub. Bank, həmçinin Standard & Poor's qlobal reytinq agentliyindən kredit reytinqi aldıqdan sonra müştərilərin maliyyələşdirilməsi üçün daha yaxşı şərtlər əldə edib. İnstitusional səviyyədə Bank müştərilərlə məhsuldarlığı artıraraq vaxtında peşəkar xidmətlər göstərmək üçün müxtəlif seminarlar və təlimlər keçirib.
2019-ci ildə sənədləşmə əməliyyatları balansı (maliyyələşdirmə sonrası daxil olmaqla) 655,285 min manat (2018: 554,342 min manat) təşkil etmişdir. 2019-ci ildə PAŞA Bank sərmayə yetərlilik nisbətinin ARMB-nin kapital qoyuluşları üzrə tələbinə uyğun olaraq 11.9% açıqlamışdır (2018: 11.8%). Bank Basel II və Basel III dövrünü bitirdikdən sonra kapitalını dividendlər vasitəsilə səhmdarlara qaytararkən tələb olunan kapital səviyyələrinə diqqət yetirməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 d. əvvəl
-
- 27 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 2 saat əvvəl
-
3 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
3 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
Ən çox oxunanlar
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb






















