"Yelo Bankın səhmdarları kapital artımı hazırlayır"
Yelo Bank 2020-ci ilin ilk rübünə dair maliyyə hesabatını açıqlayıb.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, ötən ilin birinci rübü ilə müqayisədə bankın aktivləri 11.5% artaraq 471 milyon 555 min manata çatıb.
Hesabat dövründə bankın kredit portfeli 321 milyon 481 min manat olub ki, bu da 56.8%-lik artımdan xəbər verir. Artımın əsas hissəsi biznes kreditlərinin hesabına təmin olunub. Ümumilikdə, kredit portfelində ticarətin payı 12.9%, emal sahəsinin - 9.8%, xidmət sektorunun - 6.3%, kənd təsərrüfatının - 5.4%, tikintinin - 3.8% təşkil edir.
Bankın məcmu kapitalı 61.4 milyon manat təşkil edir ki, bu da Mərkəzi Bank tərəfindən təyin olunan requlyativ normanı (50 milyon manat) üstələyir.
Maliyyə göstəricilərini şərh edən Yelo Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia bildirib: "Yelo Bank pandemiyanın ilkin mərhələsini biznesin bütün istiqamətləri üzrə sürətlə inkişaf edərək qarşıladı. Pandemiya dünyanın bütün ölkələrinin, o cümlədən Azərbaycanın iqtisadiyyatının bütün sahələrinə neqativ təsir etdi. Lakin həllər tapmaq Yelo Bankın dəyərlərindən biridir. Biz tez bir vaxtda yeni iqtisadi reallıqlara adaptasiya olmaq üçün bankın biznesini yenidən qurmağa başladıq. Yelo Bank müştərilərini dəstəkləmək üçün əlindən gələni edəcək. Çətinliklər hər kəsə aiddir və biz qarşılıqlı maraqları qoruyaraq onların öhdəsindən birgə gəlməliyik. Unutmayaq ki, hər böhran yeni imkanlar yaradır. Bankın dəstəklənməsi və onu artım fazasına qaytarmaq üçün Yelo Bankın səhmdarları kapital artımı hazırlayır. Eyni vaxtda biz iqtisadiyyatın müxtəlif sahələrinə dövlətin ciddi dəstəyinin şahidi oluruq və real sektorun kreditləşməsi üçün dövlət qurumları ilə əməkdaşlığı genişləndirməyə hazırıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 d. əvvəl
- 7 d. əvvəl
- 8 d. əvvəl
- 11 d. əvvəl
- 12 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Ən çox oxunanlar
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır






.jpg)
.jpg)









.jpg)

