Aylıq vəsait qarşılığında bitkilərə qulluq - YENİ LAYİHƏ
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Bakı Abadlıq Xidməti” MMC birgə yeni layihəyə - “Çiçəklənən Abşeron” layihəsinə başlayıb.
KOBİA-da Marja-ya daxil olmuş məlumata görə, layihənin məqsədi ölkəmizdə uğurla həyata keçirilən özünüməşğulluq siyasəti çərçivəsində yerli əhalinin daha çox gəlir əldə etməsinə dəstək olmaqla, ailə təsərrüfatlarının inkişafına töhfə verməkdir. Bu məqsədlə Abşeron yarmadasında yerləşən kənd və qəsəbələrin sakinlərinə yaşıllıqların artırılması və kənd təsərrüfatı emalı sahəsinin inkişaf etdirilməsi üçün bitkilər (lavanda və bibəriyyə və s.) verilir. Hər bir ailə onun üçün müəyyən edilmiş aylıq vəsait qarşılığında bu bitkilərə qulluq edir. Bitkilər 6-12 ay müddətində ailələrdən geri götürülərək yeniləri ilə əvəz olunur.
Artıq KOBİA-nın dəstəyi, “Bakı Abadlıq Xidməti” MMC və “BİRGƏ” MMC-nin koordinasiyası ilə Balaxanı qəsəbəsində yaşayan 250 ailəyə 85000 bitki (lavanda və bibəriyyə) verilib. Ailələrin hər biri layihə çərçivəsində 250 - 1000 arası bitkiyə qulluq etməkdədir.
“Çiçəklənən Abşeron” layihəsinin növbəti mərhələsi Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zirə qəsəbəsində həyata keçirilib. Layihə çərçivəsində qəsəbədə yaşayan 200 ailənin hər birinə 250 - 1000 arası lavanda və bibəriyyə bitkiləri verilib.
Layihə çərçivəsində becərilən bitkilərin abadlıq işlərində istifadəsi ilə yanaşı, sonrakı mərhələdə emalı, müxtəlif kosmetik və farmaseptik məhsulların və yağların istehsalında istifadəsi, xammal kimi ixracı nəzərdə tutulur.
Koronavirus pandemiyası ilə bağlı mövcud karantin şəraitində “Çiçəklənən Abşeron” layihəsinin əhəmiyyəti həm də ondan ibarətdir ki, ailələr yaşadıqları evləri tərk etmədən, öz həyətyanı sahələrində bitkiləri yetişdirməklə əlavə gəlir əldə edəcək və bununla da ailə büdcələrinə dəstək olacaqlar.
Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)


