Dünya Bankı neft qiymətlərinə dair proqnozunu azaltdı
Dünya Bankı (DB) 2020-ci ildə neftin orta qiymətini 35 ABŞ dolları, 2021-ci ildə isə 42 ABŞ dolları səviyyəsində güman edir.
Bu barədə DB-nin xammal bazarının gələcəyinə dair məruzəsində bildirilir.
Belə ki, ötən ilin oktyabr ayındakı proqnozda adıçəkilən göstəricilər müvafiq olaraq 58 və 59,1 ABŞ dolları səviyyəsində dəyərləndirilmişdi. Həmçinin məruzəyə görə cari ilin birinci rübü ərzində neftin orta qiyməti 50 faiz azalıb.
“Bu azalma tələbatın misli görünməmiş geriləməsini əks etdirir. Belə ki, neftin ucuzlaşması OPEC ilə digər neft istehsalçıları arasındakı razılaşmalarla bağlı qeyri-müəyyənlikdən irəli gəlir. Odur ki, 2020-ci ildə enerji daşıyıcılarının, o cümlədən təbii qaz və kömürün orta hesabla 40 faiz ucuz olacağı, 2021-ci ildə isə xeyli artım baş verəcəyi gözlənilir”, - deyə DB-nin məruzəsində göstərilir.
Proqnozun azaldılmasını koronavirus pandemiyası və ona qarşı mübarizədə tətbiq edilən məhdudiyyətlər üzündən tələbatın azalması ilə əlaqələndirən DB ekspertləri son nəticədə ərzaq təhlükəsizliyinə də ziyan yetrə biləcəyini vurğulayıblar.
“Xammal bazarlarında bu sarsıntılar, o cümlədən neftin ucuzlaşması inkişaf edən ölkələrə ciddi zərbə endirərək uzunmüddətli iqtisadi artımı dəstəkləyən, layiqli iş yerləri yaradan mühüm infrastruktura zəruri yatırımları təhdid altına qoya bilər”, - deyən DB-nin vitse-prezidenti Maxtar Diop hazırkı vəziyyətdə inkişaf edən və bazar iqtisadiyyatı yaranmaqda olan ölkələrin enerji sahəsinə maliyyə ayırmaq fürsətinin ortaya çıxdığını diqqətə çatdırıb.
“Bu islahatlar maliyyə vəsaitlərini pandemiya ilə bağlı təcili məqsədlərə yönəltmək, enrji israfçılığının qarşısını almaq, büdcə məsrəflərini yoxsullara yardım proqramlarına istiqamətləndirmək üçün imkanlar yaradacaq”, - məruzədə qeyd olunur.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)













.jpg)
