“Odlar Yurdu” Sığorta Brokeri yeni məhsulu olan “SigortApp”i təqdim etdi!
(®️) 16 aprel 2020-ci il tarixində “Odlar Yurdu” Sığorta Brokeri müştərilərin sığorta məhsullarına dair bütün istəklərini özündə cəmləşdirən çoxfunksiyalı “SigortApp” məhsulunu təqdim edib.
Aprel ayının 9-dan etibarən sosial şəbəkələrdə populyar olan “#cibinizdədir” tizer-reklamı ilə təqdim edilən SigortApp mobil əlavəsi böyük səs salıb.
Sığorta bazarında ilk aqreqator mobil əlavə olan SigortApp hazırkı karantin vəziyyəti ilə əlaqədar tam yerinə düşdü deyə bilərik. Evdən çıxmadan avtomobil (KASKO, icbari), daşınmaz əmlak (mənzil, ev), sağlamlıq və həyat (bədbəxt hadisə), səyahət (xaricə səfər) sığortalarını bir neçə dəqiqədə həyata keçirmək imkanı verən tətbiqetmənin üstünlükləri çoxdur:
1) İstifadəçilərin rahatlığını düşünərək innovativ həllər verən mobil əlavə bütün sığorta bazarına bir pəncərə açaraq geniş seçim təqdim edir. Buradan zövqünüzə uyğun sığorta şirkətini, cibinizə uyğun isə məhsul seçə bilərsiniz.
2) Sığorta hadisəsi baş verdikdə müştərinin tərəfində olmağı vəd edən SigortApp istifadəçisinə tam etibarlılıq verir. Bundan əlavə, mobil əlavə ödənişin tam və vaxtında təmin edilməsinə peşəkar dəstək verir.
3) 3 sadə addımla sığortalanmaq imkanı verən tətbiqetmə müştərinin qızıldan dəyərli vaxtına qənaət edir. Müqavilənin rəsmiləşdirilməsi cəmi 3 dəqiqə ərzində başa çatır.
4) Mobil əlavə Azərbaycanda ilk dəfə olaraq müasir texnologiyaların tətbiqi sahəsində sığorta müqaviləsinə dair məlumatların daxil edilməsini ən rahat üsul ilə həyata keçirərək istifadə qaydasını olduqca sadə edir. SigortApp sənədlərin şəklini çəkərək tələb olunan məlumatların avtomatik yüklənməsini təmin edir.
5) Bu mobil əlavə bütün sığorta müqavilələrini cibinizdə saxlamağa imkan verərək əlçatanlığı təmin edir. Qısaca, artıq sığorta hadisəsi baş verdikdə sığorta müqaviləsini və ya sığorta şirkətinin nömrəsini axtarmağa ehtiyac qalmır, hər şey cibinizdədir.
Sığortanın asan yolunu təqdim edən SigortApp haqqında ətraflı məlumat almaq üçün http://sigortapp.az/ saytına və ya tətbiqetmənin Facebook səhifəsinə https://www.facebook.com/sigortapp.az müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)









