Trump: Dollar çox güclənir
ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!
ABŞ Prezidenti Donald Trump, dolların bahalaşmasının Amerika şirkətlərinin rəqabət qabiliyyətinə zərər verdiyini bildirərək, "Düzünü desəm, aşağı faiz siyasətini bəyənirəm" deyib. Bu açıqlaması ilə Trump, ABŞ Mərkəzi Bankının (Fed) sədri Janet Yelleni yenidən namizəd göstərmək məsələsində qapını aralı qoyub.
"Marja" xəbər verir ki, Trump, "Wall Street Journal"a verdiyi müsahibədə, Fed-in rəhbərliyinə, dolların dəyərinə və valyuta məzənnəsi manipulyasiyasına dair fikirlərini bildirib.
Fed Sədri Janet Yelleni vəzifə müddəti 2018-ci ilin Fevral ayında başa çatdıqda yenidən namizəd göstərib göstərməyəcəyi barədə suala "Hələ çox tezdir" cavabını verən Trump, "Yelleni bəyənirəm, ona hörmət edirəm" ifadələrini istifadə edib.
Trump-ın Yellen haqqındakı bu şərhlərinin, seçki kampaniyası müddətində dediklərindən fərqli olması diqqəti çəkib.
Trump, keçən ilin may ayında Yelleni ilk dörd illik səlahiyyət müddəti bitdikdə böyük ehtimalla yenidən namizəd göstərməyəcəyini demişdi.
"AŞAĞI FAİZ SİYASƏTİNİ BƏYƏNİRƏM"
Fed-in pul siyasətinə dair fikirlərini də bölüşən Trump,"Düzünü desəm aşağı faiz siyasətini bəyənirəm" deyib.
Trump, Dolların qismən özü-üzündəngücləndiyini söyləyərək, "Dolların həddən artıq dəyərli olduğunu düşünürəm və bu qismən mənim səhvimdir, çünki insanlar mənə güvənir və buna görə Dollar bahalaşıb".
Güclü dolların xüsusilə ABŞ-ın ixracına mənfi təsir göstərdiyini qeyd edən Trump, "Digər ölkələr valyutalarını devalvasiya edərkən, siz güclü dollara sahib olduğunuz zaman rəqabət etməyiniz çox çətindir"- deyə bildirib.
"ÇİNİ VALYUTA MANİPULYATORU ELAN ETMƏYƏCƏYİK"
Çinin, ABŞ Xəzinə Nazirliyinin bu həftə ərzində dərc edəcəyi gözlənilən hesabatda "Valyuta manipulyatoru" elan edilməyəcəyini bildirən Trump, beləliklə, seçki kampaniyasında verdiyi bir başqa sözündə geri addım atmış olub.
Pekin rəhbərliyi üçün "Valyuta manipulyatoru deyillər" ifadəsini işlədən Trump, fikrini Çinin aylardır valyuta məzənnələrinə müdaxilə etmədiyinə və Şimali Koreya ilə bağlı danışıqları təhlükəyə atmamaq üçün dəyişdirdiyini dilə gətirib.
Ağ Evdəki üçüncü ayını keçirən Trump, seçki kampaniyası ərzində Yuanın dəyərini bazara müdaxilə edərək aşağı saxlamaqda günahlandırdığı Çini vəzifəyə gəldiyi ilk gün valyuta manipulyatoru elan edəcəyi vədini vermişdi.
DOLLAR, TRUMP-IN ŞƏRHLƏRİNDƏN SONRA DÜŞDÜ
ABŞ Prezidenti Donald Trumpın "Wall Street Journal"a verdiyi müsahibədə "dolların çox güclü olduğunu" söyləməsi bazarların hərəkətə gəlməsinə səbəb oldu.
Dolların, avro, yen, funt-sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankı olmaqla 6 valyuta vahidinə qarşı dəyərini ölçən Beynəlxalq Dollar İndeksi 0,6 faiz dəyər itirib və 100,06-ya geriləyib.
Dollar/yen məzənnəsi 109,08-ə enərək noyabr ayından bu yana ən aşağı səviyyəsini görüb. Bundan başqa, Nyu York Birjasında indekslər günü azalmailə başa vurublar.
Bununla yanaşı, Trumpın Fed-in faizləri aşağı saxlamasına yaxşı baxdığını açıqlamasının ardından 10 illik Xəzinə istiqrazlarının faizi, kəskin azalma ilə 2017-nin ən aşağı səviyyəsinə enib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
12 d. əvvəl
Şamaxı-Qobustan sahəsilə bağlı saziş imzalandı - Macarıstan şirkəti 65%, SOCAR isə 35% paya malikdir
- 16 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür
-
1 saat əvvəl
Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir
- 1 saat əvvəl
-
1 saat əvvəl
ARKA tərəfindən 2026-cı ildə 4 müsabiqənin keçirilməsi nəzərdə tutulur
-
1 saat əvvəl
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO
-
2 saat əvvəl
Azərbaycan xarici ölkələrdən dəyəri 100 milyon dollardan çox olan ət alıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 18-də gözlənilən hava şəraiti
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Ən çox oxunanlar
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO
Azərbaycanda şirkətlərin sayı 203 mini keçib
Bank filial və şöbələrində növbə sistemlərinin qurulması üçün avadanlıqlar və xidmətlər satın alır
Magistral su kanalları 46 milyon manata yenidən qurulacaq - BU ŞİRKƏT TENDERDƏ QALİB OLDU
SOCAR-ın prezidenti ərəb şirkətinin baş icraçı direktoru ilə görüşüb
Azərbaycan neftinin son qiyməti
Bakıda açılacaq "Dino Park"a giriş qiymətləri məlum oldu










.jpg)








