Bank BTB-nin istiqrazları satışa çıxır - ŞƏRTLƏR
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bank “BTB” ASC-nin istiqrazları 3 mart 2020-ci il tarixində standart bazar seqmentində listinqə daxil edilib.
Marja xəbər verir ki, 5 mart 2020-ci il tarixində isə Bank BTB” ASC-nin 2 milyon manat həcmində istiqrazlarının ticarəti həyata keçiriləcəkdir.
İstiqrazların tədavül müddəti 1 təqvim ilidir (365 gün) və illik faiz dərəcəsi 9% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq hər rübün son iş günü ödəniləcəkdir.
İstiqrazların geri satın alınmas nəzərdə tutulmayıb
İstiqrazların ödənilmə müddəti buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 1 təqvim ili təşkil edir. İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül müddətində rüblük olaraq nağdsız qaydada ödəniləcəkdir. Bu zaman əsas kimi rübdə 90 gün götürülür.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Dövlət qeydiyyat nömrəsi – İSİN | İstiqrazların növü və forması | İstiqrazların sayı | Hərrac tarixi | İstiqrazların hərrac qiyməti |
AZ2002009440 | Faizli təmin edilməmiş | 2 000 (ədəd) | 05.03.2020 | 1000 AZN |
Bank BTB emissiyadan əldə ediləcək vəsaiti gələcək fəaliyyətinin dəstəklənməsində, o cümlədən kreditləşmədə istifadə edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)




