“İnşaat materiallarını hissə-hissə ödəmə ilə satırıq” – MÜSAHİBƏ
(®) “Başak Group” şirkətində Layihələrin İdarə edilməsi blokunun rəhbəri Orxan Nəzirli ilə müsahibə
-Orxan bəy, “Başak Group” MMC-də məsul şəxs olaraq istərdik ki, şirkətin fəaliyyətilə bağlı ətraflı məlumat verərdiniz.
-"Başak Group" MMC şirkəti 2004-cü ildə təsis edilib. Şirkətimiz özəl və fərdi layihələrdə bir neçə istiqamətlərdə fəaliyyət göstərir. Əsas istiqamətimiz İnşaat materiallarının nağd və kreditlə satışı, eləcə də tikinti işlərinin görülməsi, həmçinin kirəmit və metal dam örtüklərindən, kirəmit texnologiyalardan, fibersement və sendviç panellərdən istifadə edərək prefabrik evlərin, villaların, kotteclərin, ofis, yeməkxana, yataqxana binalarının, sosial sahə mərkəzlərinin, qonaq evlərinin tikintisi və quraşdırılması, eləcə də yüksək keyfiyyətli dam örtüklərinin quraşdırılması və satışı ilə məşğul olur.
Digər fəaliyyətimiz isə özəl şirkətlərə uniformaların hazırlanması və satışıdır. Şirkətimiz hotel və restoranlar üçün müxtəlif çeşidli uniformaların hazırlanmasını və satışını həyata keçirdir.
- Hazırda tikinti bazarında tikinti məhsullarının satışında canlanma müşahidə olunurmu?
- Son bir ay olar ki, tikinti məhsullarımıza təlabat artıbdır.Tikinti məhsullarımızı kredit şərtləri ilə və ya hissə-hissə ödəməklə müştərilərimiz əldə edə bilir. Məsələn, müştərilərimizə tək şəxsiyyət vəsiqəsi və rəsmi iş yeri olmaqla əvvəl 5000 manat civarında tikinti materialı sata bilirdiksə, hazırda bu məbləği 10 000 manatadək artırmışıq. Şirkət həm texnologiya, həm səmərə, möhkəmlik, həm də peşəkar mühəndis kadrlarının və işçi qüvvəsinin cəlb edilməsi baxımından ölkəmizdə müasir, tikinti müəssisəsi kimi insanlara xidmət edir. Məqsəd Azərbaycan vətəndaşlarının mənzilə olan ehtiyaclarını ödəmək istiqamətində işlər aparmaq, istənilən növ tikinti məhsulunu hissə-hissə ödəmə yolu ilə və eləcə də nəğd şəklində satmaq, əlavə olaraq yaşayış yeri ilə təmin etmək üçün son dərəcə keyfiyyətli, etibarlı, estetik, kompakt, hazır və davamlı evlər qurmaq və modern, klasik, vip üslubda təmir işləri görməkdir. Hədəfimiz məhsullarımızı müştərilərimizə maksimum səviyyədə çatdırmaq, ən sürətli və keyfiyyətli təmir işləri görmək, onlara xidmət göstərmək, daxili və xarici bazarda əhəmiyyətli paya malik olmaq, tikinti sektorunda ən son texnologiyalardan istifadə edərək yeni çeşidli məhsullar hazırlamaq və müştəri məmnuniyyətini qorumaqdır.
-Əməkdaşlıq etdiyiniz şirkətlər arasında hansı şirkətləri qeyd edə bilərsiniz?
- Şirkətimizin ən başlıca fəaliyyət istiqamətlərindən biri də ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərlə korporativ əməkdaşlığın aparılmasıdır. Məqsədimiz şirkətlərin təchizat işlərində onlara dəstək olmaq, onlara vaxtında, keyfiyyətli və münasib qiymətlərlə inşaat materiallarının təmin edilməsini həyata keçirtməkdir. Misal olaraq, PAŞA İnşaat, BCC Group, STP, Universal, Socar, Azəriqaz, Continenetal, Kaspi Yıldız Məktəb, ZZ Group, URBAN, Xəzər Dəniz Gəmiçiliyi və digər şirkətlərlə əməkdaşlığımız davam edir.
Əlaqə Tel: 0508881888
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 9 saat sonra
-
-
7 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
7 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
7 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
8 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























