İraq neft bazarında sabitliyi təmin edəcək hər cür razılaşmanı dəstəkləyir
İraq neft bazarında sabitliyi təmin edəcək hər cür razılaşmanı dəstəkləyir.
Bu barədə İraqın Neft Nazirliyinin sözçüsü Asım Cihad deyib. O bildirib ki, ölkəsi Çində yayılan koronavirusun qlobal neft tələbatına təsirini yaxından izləyir.
İraqın neft bazarında sabitliyi təmin edəcək hər cür razılaşmanı dəstəklədiyini deyən A.Cihad OPEC və müttəfiqlərinin neft bazarında tələb-təklif tarazlığının təmin olunması üçün çalışacağını vurğulayıb.
O, “OPEC+”un neft tədarükü çatışmazlığını dərinləşdirmək və ya planlaşdırıldığından daha əvvəl toplanması ilə bağlı hər hansı bir qərarının dünən başlayan Birgə Texniki Komitənin tövsiyələri əsasında verəcəyini bildirib.
Xatırladaq ki, OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komitəsinin mütəxəssisləri koronavirusun neft tələbatına təsirini nəzərdən keçirir. Dünən Vyanada toplaşan mütəxəssislər koronavirusun yayılmasının qlobal neft tələbatına və iqtisadi artıma təsirini müzakirə edib, məsləhətləşmələr bu gün də davam edəcək. OPEC mənbələrinə görə, Səudiyyə Ərəbistanı və Rusiya hasilatın daha da azaldılmasına razılıq verərsə, komitə “OPEC+” iclasının daha tez keçirilməsini tövsiyə edə bilər.
OPEC-in baş katibi Məhəmməd Barkindo daha əvvəl martda Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının iclasının keçiriləcəyini deyib.
Qeyd edək ki, yanvarda dünya birjalarında xam neftin qiyməti 16 faiz azalıb. Hazırkı qiymət isə OPEC-ə üzv ölkələrin əksəriyyətinin dövlət xərclərini ödəmək üçün tələb olunan qiymət səviyyəsindən aşağıdır. Belə ki, OPEC koronavirusun səbəb olduğu neft tələbatındakı azalma səbəbindən çətin günlər keçirir.
2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
18 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
47 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
55 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
























