"Hindistandan Azərbaycana turist axınında 30% artım gözləyirik"
“Hazırda Azərbaycan tərəfi Hindistan aviaşirkətləri ilə birbaşa aviareyslərin bərpası ilə bağlı danışıqlar aparır, lakin hələlik heç bir konkretlik yoxdur”.
“Times of India" xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zengşmidt Mumbayda deyib.
O bildirib ki, AZAL ötən il Bakını Dehli ilə bağlayan birbaşa aviareyslərə başladıqdan sonra hindlilər arasında Azərbaycanın populyarlığı artıb və nəticədə Azərbaycana gələn turistlərin sayı xeyli artıb: “2018-ci ildə 39 min hindistanlı Azərbaycana səfər etmişdisə, 2019-cu ildə bu rəqəm 65 min nəfərə çatıb. Bu isə 67%-lik artım deməkdir. Birbaşa reyslər dayandırılsa da, Hindistandan Azərbaycana turist axını artmaqda davam edir. Büro bu il 30% həcmində artım gözləyir. Aviaşirkətlər yenidən birbaşa uçuşlar həyata keçirsələr, bu rəqəm iki dəfə artacaq”.
Büro rəhbəri əlavə edib ki, hazırda Hindistandan gələn turistlər Yaxın Şərq ölkələri vasitəsi ilə Bakıya gələ bilir. “Bu gün turistlərin əksəriyyəti Azərbaycana Dehli, Mumbay, Banqalora, Əhmədabad kimi Hindistanın böyük şəhərlərindən gəlirlər. Dekabr-yanvar aylarında Bakıda hindli turistlərinin çoxluğu müşahidə edilib”, - o söyləyib.
Büro direktoru hindistanlı turistlərin Azərbaycana, adətən, ailəvi tətillər, bal ayı səyahətləri və s. hallarda gəldiyini qeyd edib.
“Hindistan beynəlxalq səyahətçilərin çoxluğuna və ölkədə Qafqaz bölgəsinə artan marağa görə bizim üçün böyük potensiala malik vacib bazardır. İki ölkə arasında güclü mədəni və tarixi təmas nöqtələri, elektron vizaların alınması üzrə sadələşdirilmiş proses olduğundan daha çox hindistanlı turistin Azərbaycana gəlməsinə çalışırıq”, - F.Zengşmidt vurğulayıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)












.jpg)





