Qazaxıstan Azərbaycanın ipoteka və kredit zəmanət sistemini öyrənib
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (Fond) fəaliyyət istiqamətləri üzrə regional və beynəlxalq təcrübənin öyrənilməsi, ixtisaslaşmış xarici ipoteka təşkilatları, o cümlədən kredit zəmanət təşklatları ilə təcrübə mübadiləsinin həyata keçirilməsinə xüsusi önəm verir. Bu istiqamətdə Fondla “Qazaxıstan İpoteka Şirkəti” Səhmdar Cəmiyyəti arasında uzun illərdir mövcud olan əməkdaşlıq inkişaf edir.
Fondun yaydığı məlumatda bildirilir ki, mövcud əməkdaşlıq çərçivəsində 4-5 dekabr 2019-cu il tarixlərində Qazaxıstan nümayəndə heyəti Fondun iş təcrübəsi ilə yaxından tanış olub.
Nümayəndə heyətinə Fondun fəaliyyət istiqamətləri, xüsusilə də ipoteka kreditlərinin şərtləri, ipoteka kreditləşməsi üzrə müvəkkil təşkilatlar və onlarla iş prinsipləri, yeni “Elektron ipoteka və kredit zəmanət sistemi”, o cümlədən vətəndaş tərəfindən elektron sistem vasitəsilə ipoteka kreditlərinə müraciət qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Elektron ipoteka və kredit zəmanət sistemi” ən müasir texnoloji platforma üzərində qurulub və Fondda tətbiq olunan digər yeni əməliyyat sistemlərinə inteqrasiya edilib.
Qeyd edək ki, “Qazaxıstan İpoteka Şirkəti” Səhmdar Cəmiyyəti Qazaxıstan Respublikasının Mərkəzi Bankı tərəfindən 2000-ci ildə təsis olunub. Cəmiyyət ipoteka mexanizmi vasitəsilə mənzil təminatı sahəsində dövlət siyasətini həyata keçirən maliyyə təşkilatıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)



