Yaşıl Kart üzrə sığorta ödənişləri kəskin artıb
İcbari Sığorta Bürosu (Büro) 2019-cu ilin ilk doqquz ayı ərzində Yaşıl Kart sistemi çərçivəsində bağlanılmış sığorta müqavilələri və sığorta hadisələri üzrə həyata keçirilmiş ödənişlər barədə məlumatı təqdim edir.
Büronun verdiyi məlumata görə, cari ilin yanvar – sentyabr ayları ərzində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququna sahib sığortaçılar tərəfindən 39 509 sığorta şəhadətnaməsinin satışı həyata keçirilmişdir. Bu isə ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18% artım deməkdir.
Büro bildirir ki, hesabat dövründə Yaşıl Kart beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 15% artaraq 2 milyon 240 min 973 manat təşkil etmişdir.
Digər tərəfdən, cari ilin ilk doqquz ayı ərzində 206 sığorta hadisəsi üzrə 790 933 manat sığorta ödənişi həyata keçirilmişdir. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərinin həcmində 23% artım qeydə alınmışdır.
Qeyd edək ki, Yaşıl Kart beynəlxalq sığorta sistemi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən Yaşıl Kart haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda sistemə 48 ölkə üzvdür. Azərbaycan Respublikası 28 may 2015-ci il tarixində sistemə üzv ölkə qismində qəbul edilmiş və 1 yanvar 2016-cı il tarixdən etibarən sistem çərçivəsində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
38 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
4 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq




























