“Kontakt Home”un pulu ilə məcburi köçkünlərə mənzil tikiləcək
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 8-də bir qrup məcburi köçkünlə keçirilən görüşündə sahibkarlara ünvanlanan müraciətinə Azərbaycanın özəl sektorundan dərhal cavab gəlib.
Məlumatına görə, məcburi köçkünlər üçün mənzillərin tikintisi layihəsinə “Kontakt Home” mağazalar şəbəkəsi və “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti də qoşulub. Özəl şirkətlərin sosial məsuliyyət öhdəliyindən irəli gələrək reallaşacaq binada 50 mənzil “Kristal Abşeron MTK”, 10 mənzil “Kontakt Home” mağazalar şəbəkəsi, 10 mənzil isə “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin dəstəyilə inşa olunacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışı zamanı çıxışında Azərbaycan şirkətlərinə, özəl sektora həmrəylik və sosial məsuliyyət nümayiş etdirərək ağır vəziyyətdə yaşayan məcburi köçkünlər üçün yeni binaların inşası prosesinə dəstək olmaqla bağlı çağırış edib. Dövlət tərəfindən özəl sektora daim dəstək göstərildiyini, kreditlər ayrıldığını deyən Prezident İlham Əliyev sahibkarları daha da məsuliyyətli olmağa və məcburi köçkünlər üçün mənzillərin inşasında fəal iştirak etməyə çağırıb. Dövlət başçısı bundan sonra Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Kömitəsinə qeyd olunan istiqamətdə müraciətlərin sayının artacağına əminliyini də bildirib.
Xatırladaq ki, 2018-ci ildə istifədəyə verilən “Qobu Park-1” və ötən gün istifadəyə verilən “Qobu Park-2” yaşayış kompleksi, eyni zamanda hazırda tikintisi reallaşan “Qobu Park-3” yaşayış kompleksi özəl sektorun hesabına salınıb. Layihənin sifarişçisi “Paşa Holding “, podratçısı isə “Kristal Abşeron” şirkətidir.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Ən çox oxunanlar
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








