Azərbaycanın bank qrupundan 36 milyon manat mənfəət - YENİLƏNİB
“PAŞA Bank” ənənəvi olaraq yarımilik və illik maliyyə göstəricilərinin açıqlanmasına həsr olunmuş mətbuat konfransı keçirir. 08 Oktyabr 2019-cu il tarixində keçirilmiş mətbuat konfransında cari ilin 1-ci yarısı üzrə maliyyə nəticələri açıqlandı və jurnalistlərin sualları cavablandırıldı.
Mətbuat konfransını “PAŞA Bank”ın Korporativ Kommunikasiyalar departamentinin direktoru Sona Abbasova açaraq bildirdi ki, “PAŞA Bank”ın əsas dəyərlərindən biri dürüstlükdür. Bugünkü mətbuat konfransı da dürüstlük dəyəri əsas tutularaq keçirilir.
Mətbuat konfransında "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev çıxış edərək “PAŞA Bank” qrupunun (“PAŞA Bank Azərbaycan”, “PAŞA Bank Türkiyə”, “PAŞA Bank Gürcüstan”) maliyyə göstəricilərini təqdim etdi.
Bəhruz Nağıyev bildirdi ki, 30 İyun 2019-cu il tarixində “PAŞA Bank” qrupunun cəmi aktivləri 5 milyard 43 milyon manata çatıb. Aktivlər ötən ilin eyni dövrü ilə müqayisədə 13% artıb. Aktivlərdəki artımın əsas səbəbləri müştərilərə verilən kreditlərin 23% artaraq 1 milyard 855 milyon manata, qiymətli kağızlara investisiyaların isə 57% artaraq 1 milyard 348 milyon manata yüksəlməsidir. 30 İyun 208-ci il tarixində qiymətli kağızlara investisiyalar 859 milyon 182 min manat təşkil etmişdi. Qiymətli kağızlara investisiyaların təxminən 489 milyon manat artması diqqəti cəlb edir.
Bəhruz Nağıyev bildirdi ki, 2018-ci ilin 1-ci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında “PAŞA Bank”ın cəmi öhdəlikləri 15% artaraq 30 İyun 2019-cu il tarixində 4 milyard 523 milyon manat təşkil edib. Öhdəliklərin artmasının əsas səbəblərindən biri müştəri hesablarının artmasıdır. Müştərilərə ödənilməli olan məbləğlər 3 milyard 689 milyon manatı keçib.
“PAŞA Bank” qrupu 2019-cu ilin 1-ci yarısını 35 milyon 696 min manat xalis mənfəət ilə başa vurub. Bəhruz Nağıyev bildirib ki, 2018-ci ilin eyni dövrü ilə müqayisədə Qrupun xalis mənfəəti 1% artıb.
“PAŞA Bank” qrupu 2018-ci ilin 1-ci yarısını 35 milyon 394 min manat xalis mənfəətlə bağlamışdı.
Xalis mənfəətin 3 milyon 977 min manatı “PAŞA Yatırım Bankı”nın payına düşüb. 2019-cu ilin 1-ci yarısında “PAŞA Bank Gürcüstan”ın isə 2 milyon 298 min manat zərəri yaranıb.
"2019-cu ilin yanvar-iyun dövründə "PAŞA Bank" Azərbaycanın xalis mənfəəti təxminən 34 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 27 milyon manat idi",- Bəhruz Nağıyev deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 14 saat əvvəl
-
-
14 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"





















