Azərbaycanda İslam bankçılığının tətbiqi ilə bağlı iki variant təklif edilir
"Azərbaycanda İslam bankçılığının tətbiqi ilə bağlı hazırda iki variant təklif edilir".
Bunu İslam İnkişafı Bankı Qrupunun Azərbaycandakı nümayəndəsi Tamerlan Tağıyev bildirib.
O vurğulayıb ki, İslam İnkişafı Bankı ölkədə İslam bankçılığının tətbiqi ilə əlaqədar hökümətə 2017-ci ildə 200 min dollarlıq qrant ayırıb: "Hesab edirik ki, layihə davamlı ola bilər. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi layihədə icraçı qurumdur. Layihə ilə bağlı bu günədək müəyyən işlər görülüb. "IFAAS və EKVITA" konsorsiumu cəlb edilib. Konsorsiumun məqsədi yerli qanunvericiliyi öyrənmək və gələcəkdə müvafiq tövsiyələr təklif etməkdir. Ümumiyyətlə, iki variant təklif edilir - İslam bankçılığın ölkədə tətbiqi ilə bağlı ayrıca qanunvericiliyin hazırlanması, yaxud da mövcud qanunvericiliyə müəyyən dəyişikliklər edilməklə İslam bankçılığının əsəs məhsullarını təqdim etmək üçün imkan yaradılması təklif edilir. Bu isə ölkədə fəaliyyət göstərən bankların tərkibində İslam bankçılığının pəncərələrinin açılması ilə mümkün olur".
"Konsorsium müəyyən təkliflərini bu il ərzində verməsi gözlənilir", - deyə İslam İnkişafı Bankı Qrupunun Azərbaycandakı nümayəndəsi bildirib.
T.Tağıyev qeyd edib ki, İslam bankçılığı alternativ maliyyə mexanizmlərinin tətbiq edilməsi üçün lazımlı mexanizmdir: "İslam bankçılığı faizsiz, dəyərsiz fəaliyyət demək deyil, bu həm ziyana, həm qazanca ortaqlıq prinsiplərindən irəli gəlir".
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)







