Yaponiyada inflyasiya iki ilin ən aşağı səviyyəsində
Yaponiyada inflyasiya Avqustda 0.5 faiz səviyyəsində olub
Yaponiyada inflyasiya 2017-ci ildən bu yana ən aşağı səviyyəsinə enib.
Daxili işlər Nazirliyinin açıqladığı məlumatlara görə, təzə ərzaq qiymətləri istisna istehlakçı qiymətləri iqtisadçıların gözləntilərinə paralel olaraq, Avqustda bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 0.5 faiz yüksəlib.
İnflyasiyanın yavaşlamasında ən böyük amilin enerji qiymətlərindəki azalma olduğu bildirilib.
Yaponiyanın inflyasiya göstəricisi illərdir 1%-i keçə bilmir və gələcək aylarda da sakit qalmağa davam etməsi gözlənilir.
Dünən açıqlanan məlumata görə, Yaponiyanın ixracında Yanvardan bu yana ən sərt geriləmə baş verib.
Ticarət Nazirliyinin məlumatlarına görə, ixrac Avqust ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 8.2 faiz azalıb. İqtisadçıların gözləntisi 10 faiz azalma olacağı istiqamətində idi.
Çinə reallaşdırılan ixracda son üç ildə ən kəskin ikinci azalma qeydə alınıb.
Yaponiyanın ticarət balansında 136,3 milyard yen kəsir yaranıb.
Yaponiyanın ixracı Çin iqtisadiyyatının yavaşlaması,Vaşinqton və Pekin arasında ticarət müharibəsi və qlobal texnologiya sektorunda zəifləmə ilə əlaqədar olaraq düşür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
38 d. əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
-
44 d. əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
59 d. əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
1 saat əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Ən çox oxunanlar
Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı




















