“İlk azərbaycanlı proqramçılar dünyanın ən iri şirkətlərində aparıcı mütəxəssislər oldu”
Azərbaycanda ilk proqramçılar nə zaman formalaşmağa başladı? Onlar o zaman hansı çətinliklərlə üzləşirdilər? Hal-hazırda bu peşənin gənc nümayəndələri üçün hansı təhsil imkanları mövcuddur? Yaxın zamanda Azərbaycanda proqramçılar üçün keçiriləcək "PASHA Bank Cup" yarışması ərəfəsində bu barədə Bakı Dövlət Universitetinin “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının dosenti, “Şöhrət” Ordeninin kavaleri Ramin Mahmudzadə (RM) və PAŞA Bankın Rəqəmsal Mühəndislik Şöbəsinin rəhbəri Vüsal Xəlilov (VX)öz müsahibələrində danışdılar.
- Ramin müəllim, sizi İT sahəsində ilk azərbaycanlı mütəxəssisləri hazırlayan, zəngin iş təcrübəsinə malik informasiya texnologiyaları üzrə aparıcı ekspertlərdən biri kimi tanıyırıq...
- Tamamilə düzdür, mən hələ Sovet dövründə azərbaycanlı məktəbli və tələbələrlə məşğul olmaq, onları informasiya texnologiyaları üzrə müxtəlif yarışlara hazırlamaq şərəfinə layiq görülmüşdüm. Orta məktəb şagirdləri ilə 1962-ci ildən məşğul olmağa başladım. Azərbaycanda ilk öncə 164 nömrəli, daha sonra isə 134 nömrəli məktəbdə ilk proqramçı sinifləri yarandı.
- Azərbaycandan gənc mütəxəssislər öz istedadlarını beynəlxalq səviyyədə nümayiş etdirmək şansını nə zaman qazandı?
- 3-cü yeri tutduğumuz İnformatika üzrə Ümumittifaq Olimpiadasında ilk dəfə 1982-ci ildə azərbaycanlı tələbələr, daha sonra isə 1989-cu ildə məktəblilər iştirak etmişdir. Dörd il sonra, yəni 1993-cü ildən etibarən azərbaycanlı məktəblilər ölkəni informasiya texnologiyaları üzrə beynəlxalq olimpiadalarda təmsil etməyə başladı.
Yerli gənclər inanılmaz istedada malik idi. Məsələn, yuxarı siniflərdə proqramçı siniflərinin şagirdləri diferensial bərabərləşdirmələrin müxtəlif yeni həll variantlarını təklif edərək müəllimlərlə mübahisə edirdi. Nəticə etibarilə, həmin nəslin bir çox azərbaycanlı tələbələri hal-hazırda bütün dünyada iri şirkətlərdə aparıcı mütəxəssis, rəhbər və top menecer vəzifələrində çalışırlar.
- İlk yerli proqramçılarını hazırladığınız zaman qarşılaşdığınız çətinlikləri oxucularla paylaşmağınızı xahiş edirik.
- Bu, həmin dövrdə hər kəsin qarşılaşdığı çətinliklər idi, ən əsas çətinlik isə texniki təchizat və ədəbiyyatın çatışmazlığı idi. İndi İnternetdə istənilən mövzuda ədəbiyyat tapmaq mümkündür. Biz isə həmin dövrdə yanaşmaları özümüz sınaqdan keçirməklə nələrin işləyib işləməyəcəyini müəyyən edirdik. Bizim üçün ən müasir proqramlaşdırma kompüteri saniyədə 100 əməliyyat sürətinə malik “Ural 1” elektron-hesablama maşını idi. Məktəblər “Korvet”, “Yamaha” və Dialoq Hesablama Kompleksləri (DHK) ilə təchiz olunurdu. Bu bizim üçün inanılmaz idi, hamımız həyəcanlı idik və yeni biliklər əldə etmək arzusunda idik. Həmin dövrdə istənilən informatika müəllimi öz ixtisasına dərindən yiyələnməyə çalışırdı. Texnika, ədəbiyyat və proqramçıların hazırlanması ilə bağlı çətinliklər var idi. İndi isə, bütün dünyada olduğu kimi, ölkəmizdə də informasiya texnologiyaları sahəsində istedadların, güclü proqramçı və tərtibatçıların yetişdirilməsi üçünuyğun şərtlər vardır. Bizim vəzifəmiz isə mövcud olan imkanlardan faydalanmaqdır.
- Fikrinizcə, hal-hazırda gənc mütəxəssislərin hazırlanması zamanı nələrə xüsusi diqqətyetirilməlidir?
- Düşünürəm ki, hal-hazırda müəllimlərin peşəkar hazırlığına xüsusi diqqət yetirilməlidir, çünki məhz onlara şagirdin marağını cəlb etmək və ona keyfiyyətli biliklər vermək kimi əhəmiyyətli rol ayrılıb. Beləliklə, kompüter savadlılığı səviyyəsini artırmaq üçün müəllimlərin hazırlığından başlamaq, onların bilik səviyyəsini artırmaq lazımdır. Hal-hazırda bunun üçün bütün imkanlarımız var.
- Vüsal müəllim, PAŞA Bankın informasiya texnologiyaları ilə əlaqəli peşələrin ən yaxşı nümayəndələrinin bir arada olduğu Rəqəmsal Laboratoriyasının fəaliyyəti barədə məlumat verə bilərsiniz? Şöbənin qarşısında duran əsas məqsədlər nələrdir?
- Rəqəmsal Laboratoriyanın ən əsas vəzifələrindən biri PAŞA Bankın regionun ilk rəqəmsal bankı kimi təşəkkülü və ölkənin bank sektorunda informasiya texnologiyaları bazarının inkişafına töhfə verməkdir. Bu həm məsələnin texniki tərəfi, o cümlədən ən yeni texnologiyaların tətbiqi, həm insan potensialının inkişaf etdirilməsi və İT sahəsində yerli mütəxəssislərin fundamental biliklərinin artırılmasına şamil olunur.
Gündəlik işimizdə biz Agile yanaşmasını rəhbər tuturuq və Köhnə Dünya ölkələrində təzəlikcə tətbiq olunmağa başlayan ən müasir texnologiyalardan istifadə edirik. Bundan əlavə, biz həmçinin mikroservis, bulud texnologiyaları, DevOps həllərindən istifadə edirik və beləliklə proqramlaşdırma dilləri və çərçivə həllərindən asılılığı aradan qaldırırıq. Bütün bunlar çeviklik, geniş imkanlar və qarşımıza qoyduğumuz məqsədlərə daha sürətli nail olmağı nəzərdə tutur.
Ölkədə kadr potensialının inkişaf etdirilməsinə diqqəti yönəldərək yaxın gələcəkdə “PASHA Bank Cup” yarışmasını keçirməyi planlaşdırırıq. Yarışmada iştirak etmək üçün istedadlı yerli proqramçılar cəlb olunacaq. Bu məsələlərdə ölkəmizdə informasiya texnologiyaları sahəsinin inkişafında böyük rol oynayan şəxslərdən biri – Ramin Mahmudzadənin dəstəyinə arxalana bildiyimizə görə çox şadıq.
- “PASHA Bank Cup” yarışmasının əsas məqsədi nədir? Bu yarışmada kim iştirak edə biləcək?
- Biz “PASHA Bank Cup” yarışmasını ən yaxşı peşəkar keyfiyyətlərini nümayiş etdirə, yeni fundamental biliklər əldə edə və öz bacarıqlarını genişləndirə biləcək müxtəlif yaşlarda proqramçılar arasında nüfuzlu bir yarışma kimi mövqeləndiririk. Məktəblilərdən tutmuş yuxarı yaşda proqramçılaradək müxtəlif yaş kateqoriyaları arasında –bir neçə mərhələlərdə keçiriləcək yarışma çərçivəsində ən yaxşı mütəxəssislər seçiləcək və onlar Bank tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
- “PASHA Bank Cup” yarışmasından gözləntiləriniz nələrdir?
RM: Yarışma qaliblərinin təşkilatçılardan hədiyyələr qazanacağına baxmayaraq, iştirakçılar üçün əsas mükafat əldə ediləcək fundamental biliklər olacaq. Bu məni çox sevindirir, çünki məhz hərtərəfli fundamental biliklər xaricdə keçirilən olimpiadalarda, böyük yarışmalarda qalib gəlməyə imkan verir və məhz bu yarışmalarda dünyanın ən yaxşı işəgötürən şirkətləri –praktik bacarıqlarla birlikdə onlara diqqət yetirir.
VX: Tamamilə razıyam. Burada Ramin müəllimin missiyası bizim məqsədimizlə üst-üstə düşür: öyrətmək, öz üzərində işləmə, ən yaxşısı olma və qarşıya qoyulan məqsədlərə nail olma səylərini dəstəkləmək. Belə nüfuzlu yarışmalar nə qədər çox keçirilərsə, həm iştirakçılar, həm ümumilikdə ölkə üçün bir o qədər daha yaxşı olar. “PASHA Bank Cup” yarışmasında iştirak edəcək bütün proqramçılara uğurlar, peşələrində yeni zirvələrə çatmağı və uğurlara nail olmağı arzu edirəm!
-Təşəkkür edirik!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
35 d. əvvəl
2026-cı ildə büdcə təşkilatlarının ödənişli xidmətlərindən 1 milyard manatdan çox gəlir gözlənilir
-
-
1 saat əvvəl
Növbəti tədris ilində dövlət sifarişi ilə təhsilalanların sayı artırılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Makroiqtisadi sabitlik ABŞ dolları/Manat məzənəsinin 1,70 manatda qalması ilə dəstəklənəcək
- 3 saat əvvəl
-
4 saat əvvəl
"Xiaomi" Azərbaycanın mobil cihaz bazarındakı payının 27 %-ni itirib
-
4 saat əvvəl
Gəncə-Qəbələ-Gəncə qatarı istifadəyə verilir - Biletlərin qiymətləri açıqlanıb
-
5 saat əvvəl
Tramp: Ukraynanın Putinin iqamətgahına hücum etdiyinə inanmıram
-
5 saat əvvəl
Tramp: İran etirazçıları öldürərsə, ABŞ sərt zərbə endirəcək
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Makroiqtisadi sabitlik ABŞ dolları/Manat məzənəsinin 1,70 manatda qalması ilə dəstəklənəcək
"Xiaomi" Azərbaycanın mobil cihaz bazarındakı payının 27 %-ni itirib
Tramp: Ukraynanın Putinin iqamətgahına hücum etdiyinə inanmıram
Tramp: İran etirazçıları öldürərsə, ABŞ sərt zərbə endirəcək
Qızıl və gümüş, investorların geosiyasi risklərdən qorunmaq üçün qiymətli metallara yönəlməsi fonunda bahalaşıb
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
Rəsmi məzənnələr açıqlandı
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi























