İrandan "2 gün ərzində 20 faiz uranı istehsal edə bilərik" açıqlaması
İranın yarı rəsmi xəbər agentliyi "Fars"a görə, İran Atom Enerjisi Qurumunun sözçüsü Bəhruz Kemalvendi, nüvə müqaviləsinə tərəf ölkələrin İrana zənginləşdirilmiş uran tədarükünü təmin etməməsi halında Tehranın 2 gün ərzində uranı 20 faiz zənginləşdirə biləcəyini söyləyib.
"Marja" xəbər verir ki, Kemalvendi, "Nüvə müqaviləsinin tərəfləri İrana 20 faiz zənginləşdirilmiş uran satmamaqda inad edərsə, İran, ehtiyacı olduğu yanacağı özü təmin etmək hüququna malikdir. İran, lazım olması halında iki gün ərzində 20 faiz zənginləşdirilmiş uranı istehsal edə bilər",- deyib.
Uranı 20 faiz saflıqda zənginləşdirmək atom bombası istehsalı yolunda lazımi 90 faiz saflıqda parçalana bilən uranı əldə etmək üçün önəmli bir mərhələ kimi qəbul edilir.
NÜVƏ MÜQAVİLƏSİ
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə İran arasında 2015-ci ildə imzalanan Əhatəli Birgə Fəaliyyət Planı (KOEP) adlandırılan nüvə müqaviləsi, Tehrana 3,67 faiz uran zənginləşdirmək fəaliyyətini davam etdirmək hüququ verir. Müqavilə İrana 3,67 faiz zənginləşdirilmiş 300 kiloqramın üzərindəki uranı beynəlxalq bazarda sataraq əvəzində uran ala bilmək imkanı tanıyır.
ABŞ rəhbərliyi, nüvə müqaviləsindən 2018-ci ilin May ayında tək tərəfli çıxaraq İrana qarşı sanksiyalar tətbiq edib.
İran da ABŞ-ın sanksiyalarına qarşılıq 1 İyuldan etibarən nüvə müqaviləsi öhdəliklərini mərhələli olaraq dayandırmağa başlayıb.
Tehran, Avropanın lazımi addımlar atmaması halında 6 Sentyabrda nüvə müqaviləsi öhdəliklərini azaltmaqda üçüncü mərhələyə keçəcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)











.jpg)




