Azərbaycanın aparıcı bankına fişinq hücumu başlayıb
Azərbaycanın aparıcı bankı - "Kapital Bank" ASC-yə qarşı fişinq hücumu başlanıb.
Bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə məxsus Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (KİMM) açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, “Facebook” sosial şəbəkəsində “Kazxchkasbd” adlı səhifə yaradılıb. Bu səhifədə "Kapital Bank"ın "BirKart" taksit kartının korporativ stilində, üzərində “daxil ol 500 azn ve iphone xs max qazan” başlıqlı reklam kampaniyası gedir və bu yolla sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının ələ keçirilməsinə cəhd edilir. Reklam kampaniyasının üzərinə klik etdikdə “birbankaz.com” saytına keçid var.
Adıçəkilən saytın məzmununda isə “BirBank"ın elektron xidməti olan “İnternet-bank”a oxşar, məzmun daxilində “İnternet-banka daxil olmaq” başlıqlı, şəxsi kabinetə daxil olmaq üçün tələb olunan telefon nömrəsi və şifrənin daxil edilməsi üçün nəzərdə tutulmuş müvafiq sahələr yerləşdirilib. Güman edilir ki, hakerlər Qazaxıstanda HALYK BANK, Kanadada “Scotiabank” və Azərbaycanda “Kapital Bank”ı hədəfə almış fişinq hücumları həyata keçirməkdədir. Bunun üçün istifadə olunan sayt KİMM-in yaratdığı “Qara siyahı”ya (https://blacklist.gov.az/) əlavə edilib.
KİMM Azərbaycan vətəndaşlarını diqqətli olmağa çağırır, bu kimi şübhəli məzmunlu internet informasiya resurslarını aşkar etdikdə, quruma müraciət etmələrini xahiş edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
39 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






















.jpg)

