Komitə "Mutlu" akkumlyatorlarının gömrükdə saxlanılmasına aydınlıq gətirdi
Ötən gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi haqqında ittihamlar irəli sürülüb.
Komitədən verilən məlumata görə, ittihamlar həqiqətə uyğun deyil , böhtan xarakterlidir.
Belə ki, "Rovel Trading" şirkətinin direktoru İntiqam Həsənov tərəfindən verildiyi iddia edilən məlumatlarda guya Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin tərəfindən adı çəkilən şirkətin mallarını sənədlərində uyğunsuzluq olmadığı halda qanunsuz şəkildə saxlanıldığı və qanunla müəyyən edilən miqdardan gömrük ödənişlərinin tələb olunduğu iddia edilir.
"Rovel Trading" MMC "Dörtel Otomotiv San ve Pazarlama Tic. Ltd. Şti"şirkətindən idxal edilən "Mutlu" markalı müxtəlif növ elektrik akkumlyatorlarının gömrük rəsmiləşdirilməsinin aparılması üçün cari ilin iyul ayının 8-də Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edib. Qeyd olunan malların gömrük rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 221-ci maddəsinə, həmçinin "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanunun 12.1.2-ci maddəsinə, yəni gömrük dəyərinin müəyyən edilməsinin 2-ci üsuluna əsasən araşdırma aparılıb. Araşdırma nəticəsində idxal olunan "Mutlu" markalı müxtəlif növ elektrik akkumlyatorlarının gömrük dəyəri ilə bundan əvvəl ən yaxın tarixdə həmin şirkət tərəfindən gətirilən eyni adda malların dəyəri arasında 10 200 manat kəskin fərqin olduğu müəyyən edilib.
Bu səbəbdən həmin gömrük bəyannamələrində gömrük dəyərinə müvafiq düzəlişlərin edilməsi barədə qeydlər aparılıb və bu barədə "Rovel Trading" MMC-yə məktubla məlumat verilib.
Qeyd edək ki, saxlanc xüsusi gömrük proseduru altında malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 176-178-ci maddələrinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 229 nömrəli Qərarının tələblərinə uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 178.3-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş "Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın 2.4-cü maddələrinə əsasən malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi zamanı gömrük orqanları prosedur sahibindən yarana biləcək gömrük borcuna görə təminat tələb etmək hüququna malikdirlər.
Eyni zamanda, Gömrük Məcəlləsinin 250.4-cü maddəsinə əsasən təminatın məbləğini gömrük orqanları müəyyən edir və bu məbləğ malların və nəqliyyat vasitəsinin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru üçün nəzərdətutulmuş gömrük ödənişlərinə ekvivalent məbləğdə təyin olunur.
Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 163.3-cü maddəsinə əsasən gömrük orqanları malların bəyan edildiyi gömrük proseduruna və bu Məcəllənin 45-ci fəslinə uyğun olaraq gömrük ödənişlərinə təminat verilməsini tələb etdikdə, həmin tələb yerinə yetirilməyənədək mallar müvafiq gömrük proseduruna buraxılmır.
Onu da qeyd edək ki, bu, "Rovel Trading" MMC-nin gömrük qanunvericiliyini pozması ilə bağlı ilk cəhdi deyil. Belə ki, həmin şirkət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 2017-ci ildə İnzibati Xətalar Məcəlləsinin 491.1 maddəsinin tələblərini pozduğuna görə 57 481 manat məbləğində cərimə olunub.
Dövlət Gömrük Komitəsi fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, həmçinin Nazirlər Kabinetinin Qərarları əsasında həyata keçirir və hər zaman qanuni ticarətin inkişafına dəstək verir.
"Rovel Trading" şirkəti "Mutlu" akkumlyatorlarının Azərbaycanda rəsmi distribyutorudur.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
-
12 saat əvvəl
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur
-
12 saat əvvəl
"Shell" rəhbəri: Hörmüzdə gərginlik davam edərsə, benzin və dizel bazarında çatışmazlıq yarana bilər
-
12 saat əvvəl
Türkiyənin daha bir tanınmış restoranlar şəbəkəsinin Bakıda şöbəsi açılacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
İran-dan danışıqlara mənfi cavab: Müharibənin bitməsi üçün 5 şərt
-
13 saat əvvəl
ABŞ-ın təklifləri Tehran tərəfindən qəbul edilməyib, İran atəşkəs üçün 5 şərt irəli sürüb
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
17 saat əvvəl
İran müharibəsi gərginliyi: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən yeni addımlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Sony və Honda elektrik avtomobili layihəsindən imtina etdi
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur
Zəmanətsiz avtomobil almağın həqiqi riskləri 8 bənddə
ABŞ-ın təklifləri Tehran tərəfindən qəbul edilməyib, İran atəşkəs üçün 5 şərt irəli sürüb
ABŞ-ın əczaçılıq nəhəngi "Merck" şirkəti "Terns Pharmaceuticals" şirkətini 6,7 milyard dollara satın alır
Ən çox oxunanlar
İran atəşkəs iddialarını təkzib edib
İran müharibəsi gərginliyi: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən yeni addımlar
Danone-dən 1 milyard avroluq satınalma
"Apple Maps"ə reklamlar gəlir
“Baku Steel Company” istehsalı borc ilə genişləndirmək niyyətindədir




















