Fitch: Dollar qlobal ehtiyat valyutası statusunu itirə bilər
Kredit reytinqi şirkəti Fitch-in analitiklərindən James MacCormack, ABŞ dollarının zaman ərzində qlobal ehtiyat (rezerv) valyutası statusunu itirmək riski altında olduğuna diqqət çəkib.
"Marja" xəbərverir ki, MacCormack, CNBC-də yayımlanan yazısında əslində Amerika pulunun yalnız uzun müddətdir dəyişmədiyini və ciddi bir alternativi olmadığı üçün qlobal mövqesini qoruya bildiyini vurğulayıb.
TİCARƏT MÜHARİBƏLƏRİ MƏNFİ TƏSİR EDİR
MacCormack-a görə, dolların qlobal roluna mənfi təsir edən ən əhəmiyyətli siyasətlər maliyyə sanksiyaları və ticarət müharibələridir.
Hər şey eyni qalsa belə əlavə gömrük tarifləri ticarətin Amerikadan uzaqlaşmasına səbəb olur. Beləcə ticarət aparacaq başqa ölkələr öz pul vahidlərini dollar yerinə istifadə etmək fürsəti əldə edirlər.
Yenə ABŞ-ın 6300 şəxs və təşkilat ilə bərabər 20-dən çox ölkəyə müxtəlif maliyyə sanksiyaları tətbiq etməsi də dolların əvəzinə başqa pul vahidlərindən istifadəyə səbəb olur.
CİDDİ ADDIMLAR ATILIR
İran və Rusiya kimi bəzi ölkələr açıqca dollardan uzaqlaşmağa çalışırlar; Çin və Avropa Birliyi kimi daha böyük oyunçular isə öz pul vahidlərini ehtiyat pul etmək və daha çox beynəlxalq əməliyyatlarda istifadə edilməsi istiqamətində davamlı ciddi addımlar atırlar.
Çin öz pul vahidi yuanın 2016-da IMF-nin pul vahidi səbəti SDR-ə daxil edilməsinə nail olub. Pekin rəhbərliyi 2018-də isə, Şanxayda yuanda neft fyuçersləri ilə yuanı əmtəə ticarətində bir beynəlxalq pul vahidinə çevirmək üçün növbəti addımı atıb.
Avropa Komissiyasının sədri Jean Claude Junker keçən il etdiyi bir çıxışında, "Avropa enerji idxalının 80%-nin dollar ilə edilməsinin çox axmaq bir hərəkət" olduğunu söyləmişdi. Həmçinin avropalı rəsmilər ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları aşmağın yollarını da axtarırlar.
IMF məlumatlarına görə, ölkələrin valyuta ehtiyatları içərisində dolların payı 2001-ci ildə 73% səviyyəsindəykən, 2018-ci ilin sonunda bu nisbət 62%ə düşüb.
Dünya Qızıl Şurasının nəşr etdiyi məlumatlar da, 2008 böhranından bu yana davamlı qızıl alan mərkəzi banklarının 2018-ci ildə 1971-ci ildən bəri ən yüksək illik alışı reallaşdırdığını ortaya qoyub. ABŞ, dolların qızıl ilə əlaqəsinə 1971-də son qoymuşdu.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
MacCormack-a görə, bu trendler davam etsə dollar başqa pul vahidlərinə qarşı və bütün pul vahidləri qızıla qarşı zaman ərzində mövqe itirəcəklər, ancaq bu çox yavaş olacaq.
Dolların mövqesini itirməsinə ABŞ-ın özü tərəfindən tətbiq olunan siyasətlərin səbəb olduğuna diqqət çəkən MacCormack, söz mövzusu siyasətlərin uzun müddət tətbiq olunması halında Dolların qlobal pul mövqesinin
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 53 d. əvvəl
-
1 saat əvvəl
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinləri istehsalı nəzərdən keçirilib
-
5 saat əvvəl
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"İranla danışıqlar müsbət nəticələnməsə, İsrail hərbi variantı nəzərdən keçirəcək"
-
5 saat əvvəl
Azərbaycanda xarici bank kartı ilə ictimai nəqliyyatda ödəniş mümkün olub
- 6 saat əvvəl
-
6 saat əvvəl
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində sertifikasiya tətbiq olunacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
İranın pul vahidi dollar qarşısında tarixi minimumda
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakı Fond Birjası ilə Pakistan Milli Klirinq Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Gömrük Komitəsinin sədrindən ödənişsiz 300 dollarlıq mal gətirilməsi ilə bağlı açıqlama
"Sahibkarlar günü"nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Azərbaycan ərəblər ilə elektrik enerjisi dəhlizinin yaradılması təşəbbüsünü müzakirə edib
Hazır mənzillər ipoteka imkanı ilə "Park Yasamal"da!






.jpg)
.jpg)








.jpg)






