Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir

“Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
AzVak-mobil_resmin_ustu_31
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydalarına edilən dəyişikliklərə əsasən, 16 iyun 2026-cı il tarixindən etibarən mövcud “Bonus-Malus” sistemi ləğv edilərək fərdi məsuliyyət prinsipinə əsaslanan “Sığorta Tarixçəsi Əmsalı” tətbiq olunacaq.

Bu barədə Marja.az İcbari Sığorta Bürosuna istinadən xəbər verir.

Yeni sistemə əsasən, yol-nəqliyyat hadisələri ilə bağlı sığorta tarixçəsinə təsir edən nəticələr artıq sığorta müqaviləsini bağlayan şəxslə deyil, birbaşa nəqliyyat vasitəsini faktiki idarə edən sürücü ilə əlaqələndiriləcək. Beləliklə, sığorta müqaviləsinin kimin adına bağlanmasından asılı olmayaraq, yol-nəqliyyat hadisəsi avtomobili faktiki idarə edən şəxsin sığorta tarixçəsinə təsir edəcək.

Yeni modeldə “Bonus-Malus” sistemində mövcud olan mürəkkəb sinif və kateqoriyalar ləğv edilərək daha sadə faiz mexanizmi tətbiq olunacaq. Belə ki, sığortalı qəza törətmədiyi halda hər 275 qəzasız sığortalı gün üçün 5 faiz endirim əldə edəcək. Əksinə, yol-nəqliyyat hadisəsinə səbəb olduqda onun sığorta tarixçəsi əmsalına hər hadisə üzrə 30 faiz əlavə tətbiq ediləcək.

Dəyişikliklərə əsasən, əvvəllər nəqliyyat vasitəsini idarə edən şəxslərin sayı birdən artıq olduqda tətbiq olunan 1,15 risk əmsalı bundan sonra yalnız nəqliyyat vasitəsini sahibi ilə birlikdə idarə edən şəxslərin sayı 5 və daha çox olduqda tətbiq ediləcək. Bir avtomobil bir neçə şəxs tərəfindən istifadə olunduqda sığorta haqqı hesablanarkən həmin sürücülərin hər birinin sığorta tarixçəsi nəzərə alınacaq.

Hüquqi şəxslər üzrə sığorta tarixçəsi əmsalı sabit olaraq 1 səviyyəsində saxlanılacaq. Lakin nəqliyyat vasitəsi taksi fəaliyyəti üçün istifadə edildiyi hallarda hüquqi şəxsin də sığorta tarixçəsi formalaşacaq və qəza olub-olmamasından asılı olaraq həmin əmsala müvafiq güzəştlər və ya əlavələr tətbiq olunacaq.

Yeni modelin əsas üstünlüyü sığorta tarixçəsinin birbaşa şəxs ilə əlaqələndirilməsidir. Bu yanaşma sistemin daha şəffaf və ədalətli fəaliyyət göstərməsinə, risklərin daha dəqiq qiymətləndirilməsinə və təhlükəsiz sürücü davranışının təşviqinə xidmət edəcək.

15.06.2026 18:09
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19